Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə4/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   166
2015-332

       Mustafa İsgəndərzadə, filologiya elmləri üzrə fəlsəfə 
doktoru, dosent 


 

                   Sənin təhsil aldığın elm ocağı 
 
Sənin təhsil aldığın elm ocağı- Azərbaycan Respublikasının 
Prezidenti  yanında  Dövlət  İdarəçilik  Akademiyası  respubli-
kamızın ən nüfuzlu ali məktəblərindən biridir. 
Ümummilli liderimiz Heydər Əliyev 3 yanvar 1999-cu il ta-
rixli  ―Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Dövlət 
İdarəçilik  Akademiyasının  yaradılması  haqqında‖  fərmanı 
dövlətçiliyimizin  möhkəmləndirilməsi  və  daha  da  inkişaf 
etdirilməsi  işinə  ulu  öndər  Heydər  Əliyevin  mühüm  qayğısının 
təzahürüdür.  H.Əliyev  bu  müdrik  fərmanı  dövlət  xidməti 
sisteminə  istedadlı,  bacarıqlı,  zəkalı,  əxlaq  və  mənəviyyatca 
təmiz  olan  gənclərin  cəlb  olunması,  bunun  üçün  onlara  yüksək 
səviyyəli  təhsilin  verilməsi  istəyi  idi.  Respublikamızda  dövlət 
idarəçiliyi  sahəsində  yeganə  təhsil  ocağı  olan  akademiyanın 
vəzifəsi  dövlət  strukturlarını  dövrün,  zamanın  tələbləri 
səviyyəsində  idarə  edəbiləcək  gənclərdən  ibarət  mütəxəssis 
kadrlar  hazırlamaqdan  və  həmçinin  mövcud  kadrların,  dövlət 
məmurlarının ixtisasının artırılmasından ibarətdir. Eyni zamanda, 
bu  akademiya  milli  ideologiyamıza  xidmət  etməklə  yanaşı,  bu 
ideologiyanın  formalaşması,  təkmilləşdirilib  inkişaf  etdirilməsi 
və  təbliğ  olunması  sahəsində  mühüm  rol  oynamağı  hər  şeydən 
üstün tutur. 
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət  İda-
rəçilik Akademiyası yarandığı vaxtdan etibarən tədris-elmi struk-
turları  ilə  diqqət  mərkəzində  olmuşdur.  Onun  ―Rəhbər  kadrların 
ixtisasının  artırılması‖,  ―İnzibati  idarəetmə‖,  ―Siyasi  idarəetmə‖ 
fakültələri,  magistratura  şöbəsi,  ―Dövlət  qulluğu  və  kadr  siya-
səti‖, ―Dövlət idarəetməsi və menecment‖, ―Dövlət idarəçiliyində 
informasiya  texnologiyaları‖,  ―Dövlət  quruculuğu  və  hüquq‖, 
―İqtisadiyyatın  dövlət  tənzimlənməsi‖,  ―Politologiya  və  siyasi 
idarəetmə‖, ―Beynəlxalq münasibətlər və xarici siyasət‖, ―Tarix‖, 


 

―Fəlsəfə  və  sosial  psixologiya‖,  ―Dillər‖  kafedraları,  ―Heydər 
Əliyev Dövlət İdarəçilik Universiteti‖, ―Geostrateji Araşdırmaları 
Mərkəzi‖,  ―İnformasiya  Texnologiyaları  Mərkəzi‖,  ―İnsan 
hüquqları,  ―Demokratiya  və  Sülh  problemləri  üzrə  YUNESKO 
Mərkəzi‖,  ―Sorğu  Sosioloji  Araşdırmalar  Mərkəzi‖,  ―İnzibati 
idarəçilik  strukturları‖,  ictimai  təşkilatlar  və  digər  şöbələr, 
bölmələr  fəaliyyət  göstərir,  həmçinin  İnzibati  idarəetmə  fakül-
təsinin  ―Kompüter  elmləri‖,  ―İqtisadiyyat‖,  ―Dövlət  və  bələ-
diyyə‖, ―Ekologiya‖ ixtisasları üzrə kadrlar hazırlanır. 
Azərbaycan Respublikasının Prezidenti  yanında Dövlət  İda-
rəçilik  Akademiyasının  fakültələrində  1059  nəfər  bakalavr,  173 
nəfər magistr,  ―Rəhbər Dövlət  İdarəçiliyi Kadrlarının ixtisasının 
artırılması İnstitutunda‖ 225 nəfər magistrant ―Dövlət və bələdiy-
yə  idarəetməsi‖  ixtisası  üzrə  təhsilini  davam  etdirir.  Bu  tələ-
bələrin:  bakalavr  və  magistr  pilləsində  oxuyanların  və 
dinləyicilərin  təhsili  ilə  müxtəlif  ixtisaslar  üzrə  197  nəfər 
müəllim  məşğul  olur.  Onların  da  27  nəfəri  elmlər  doktoru,  112 
nəfəri  isə  elmlər  namizədidir.  Müəllimlərdən  bir  nəfəri  Azər-
baycan  Milli  Elmlər  Akademiyasının  həqiqi  üzvü,  bir  nəfəri  isə 
AMEA-nın müxbir üzvüdür. 
Əziz  dostlar!  Siz  bizim  akademiyamızın  auditoriyalarına 
qədəm basan yüzlərlə tələbə və magistrın nümayəndəsisiniz. Sizi, 
maraqlı  təhsil  illəri  gözləyir.  Ümid  edirik  ki,  çətin  sınaq 
imtahanlarından necə keçmişsinizsə, təhsil illərini də uğurla başa 
çatdıracaqsınız. Sizə uğurlar arzulayırıq!  

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin