38
əməli əhəmiyyəti vardır. Dialekt və şivələrin öyrənilməsi bu və ya
digər dilin tarixini təbliğ etmək üçün qiymətli material verir. Eyni
zamanda dialekt sözləri vasitəsi ilə ədəbi dilin lüğət tərkibi zən-
ginləşdirilir. Azərbaycan dilini dialekt və şivələrinin geniş və elmi
şəkildə öyrənilməsinə sovet dövründə başlanmışdır. Dialektologiya
məsələlərinə dair bir sıra elmi əsərlər yazılmışdır. Azərbaycan
dilinin dialekt və şivələri coğrafi ərazi prinsipi üzrə 4 qrupa bölünür:
1) Azərbaycan dilinin
şərq qrupu dialekt şivələri. Buraya
Quba, Bakı, Şamaxı dialektləri və Muğan, Lənkəran şivələri da-
xildir.
2) Azərbaycan dilinin
qərb qrupu dialekt şivələri və şivələri.
Buraya Qazax, Qarabağ, Gəncə dialektləri və Ayrım şivələri aiddir.
3) Azərbaycan dilinin
şimal qrupu dialekt və şivələri.
Buraya Şəki dialekti və Zaqatala-Qax şivələri daxildir.
4) Azərbaycan dilinin
cənub qrupu dialekt və şivələri. Bu-
raya Naxçıvan, Ordubad, Təbriz dialekləri və Yerevan şivəsi
(indi bu ərazi ermənilərin müvəqqəti işğalı altındadır) daxildir.
Bunlar bir-birindən yalnız bir sıra fonetik, leksik, qrammatik
xüsusiyyətlərinə görə az-çox fərqlənir.
Dostları ilə paylaş: