Kipriyin bağa divar.
(bayatı)
Yaxud:
Atıbdı çoxlar məni, Bircə yar yoxlar məni. Amandır, elə baxma, Kirpiyin oxlar məni. (bayatı)
Ədəbi dil bu formalardan birini (kirpik) götürür.
Metateza bu və ya başqa bir dildəki, yaxud da qohum dil-
lərdəki sözlərin etimologiyasını müəyyənləşdirməkdə xüsusi rola
malikdir. Məsələni aydınlaşdırmaq üçün dilimizdəki göstərmək
sözünə fikir verək. Bu söz vaxtilə, daha doğrusu, keçmiş
dövrlərdə "görsət" formasında işlənmişdir; məsələn:
Çox nəstə sifətdə zahir olmaz, Görsət üzünü bizə nəhani. (Xətai) Görsət sözü sonradan metateza hadisəsinə uğramışdır. Müa-
sir göstər sözünün tarixində metateza hadisəsi baş vermiş
olduğunu müəyyən etdikdən sonra, həmin sözün təşkil etdiyini
söyləmək olur.