Saitlərin ahəngi Sözdə dilin və dodaqların vəziyyətinə görə saitlərin bir-birini
izləməsinə saitlərin ahəngi deyilir.
Azərbaycan ədəbi dilində dilin və dodaqların vəziyyətinə gö-
rə saitlərin ahəngi aşağıdakı formada özünü göstərir.
1. Dilin vəziyyətinə görə saitlərin ahəngi. Dilin vəziyyətinə
görə saitlərin ahəngi iki cür olur: dilönü ahəng və dil arxası ahəng.
Dilönü ahəngə görə sözdə və sözə bitişən şəkilçi şəkilçi-
lərdəki saitlərin hamısı dilönü (incə) sait olmalıdır; məsələn:
məktəb + li +lər, iş + çi + lər, ördək + lər və s.
Dilarxası ahənginə görə sözdə və sözə qoşulan şəkilçilərdəki
saitlərin hamısı dilarxası (qalın) sait olmalıdır; məsələn: arı + çı +
lıq, armud + dan, ağır + lıq və s.
Dilimizdə bu qaydaya tabe olmayan bir sıra sözlər vardır; mə-
sələn: partiya, respublika, kino, teatr, ticarət, təşkilat, işıq, ilxı,
ildırım və s. Bu qrup sözlərin əksəriyyəti başqa dillərdən alınmadır.
2. Dodaqların vəziyyətinə görə saitlərin ahəngi. Dodaqların
vəziyyətinə görə saitlərin ahəngi də iki cür olur: dodaq və
damaq ahəngi.
Dodaq ahəngi. Dodaq ahənginə görə sözdə və sözə qoşulan
şəkilçidəki saitlərin hamısı dodaqlanan olmalıdır; məsələn: o +
dun, uzun + çu + luq, öz + ümüz və s.
Damaq ahəngi. Damaq ahənginə görə sözdə və sözə bitişdi-
rilən şəkilçidəki saitlərin hamısı dodaqlanmayan sait olmalıdır;
məsələn: gəmi + çi, geniş + lik, gənc + lər və s.
Dildəki sözlərin hamısı dodağın vəziyyətinə görə iki yerə bö-
lünmür. Belə ki, bəzi sözlərdə həm dodaq, həm də damaq saiti
ola bilir; turac, ocaq, ördək və s. sözlərdə olduğu kimi. Belə söz-
lər dodaq və ya damaq ahənginə tabe deyildir. Lakin dilin vəziy-
yətinə görə birincisi dilarxası, ikinci isə dilönü ahəngə tabedir.
Dilimizdəki sözlərə şəkilçi qoşularkən şəkilçidəki sait həmin
48
sözün son hecasındakı saitə həmahəngləşir; məsələn: ədəbiyyat +
çı, kolxoz + lar, lüğət + lər, məktəb + dən, bağça + ya, baba + sı,
düşmən + imiz və s.