Səs yerdəyiĢməsi Sözün tərkibində səslərin bir-biri ilə yerini dəyişməsinə
(metateza) deyilir, məsələn:
layihə – lahiyə – (yh-hy)
torpaq – topraq – (rp-pr)
Fərhad – Fərhad – (rh-hr)
Məşhur – məhşür – (şh-hş)
Yerdəyişmə dilimizdə geniş şəkildə yayılmış, kirpik sözü- danışıq dilində kirpik və kiprik formalarında işlənir. Ədəbi dil bu
formanın birini (kirpik) götürür.
Ahəng qanunu Sözdə uyğun səslərin bir-birini izləməsinə ahəng qanunu de-
yilir. Məsələn, quş və gün sözlərini götürək. Quş sözündəki u di-
larxası, gün sözündəki ü isə dilönü saitdir. Buna görə də həmin
sözlərə qoşulan şəkilçilərdəki saitlər də uyğun olur; məsələn: quş +lar, quş + dan, quş +u, quş + a, gün + dən, gün + lər, gün + ü və s. Azərbaycan dili üçün ahəng qanunu çox xarakterikdir. Bu
qanun həm söz köklərinə, həm də şəkilçilərə aiddir. Lakin ―Azər-
baycan ədəbi dilində ahəng qanunudaha çox sözlərə bitişən şə-
kilçilərdə özünü göstərir‖.
Ahəng qanunu dilimizdə geniş şəkildə yayılmışdır. Burada
həm saitlərin, həm samitlərin, həm də uyğun saitlərlə samitlərin
bir-birini izləməsi müşahidə olunur. Bütün bunlara əsasən Azər-
baycan dilində ahəng qanununun üç növü olduğu müəyyənləş-
dirilmişdir:
1.Saitlərin ahəngi. 2.Samitlərin ahəngi. 3.Saitlərdə samitlərin ahəngi.