Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə89/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   85   86   87   88   89   90   91   92   ...   166
2015-332

ġərqdə ritorika 
 
 Şərq  ölkələrində:  Çində,  Hindistanda,  Ərəbistanda  ritori-
kanın inkişafı üçün şərait var idi. Bu ölkələrdə din xadimləri dini 
kitabların  şərhini  xüsusi  bəlağətlə  dinləyicilərə  çatdırırdılar. 
Nəinki ritorika, habelə dilçiliyin özü dini kitabların şərhi əsasında 
yaranmışdır.  VII  əsrin  axırlarında  Xəlil  İbn  Əhməd  Əl  Fəraidi 
ərəb  poeziyası  üçün  ritmik-melodik  modellər  kəşf  etdi.  Həmin 
modellər  əsasında  ―Qurani-Kərimin‖in  ayələrini  xüsusi  avazla 
oxumaq mümkün oldu. Ərəb şeirinin vəzni olan əruz bu zəmində 


 
131 
inkişaf  etdi.  Ümumiyyətlə  götürdükdə,  İslam  dininin  VII  əsrdə 
meydana gəlməsi ərəb mədəniyyətinin inkişafına çox güclü təkan 
verdi.  Ərəb  ədəbiyyatı,  ərəb  musiqisi,  ərəb  elmi  misli  görün-
məmiş  şəkildə  inkişaf  etməyə  başladı.  Bütün  dini  xütbələr  ərəb 
dilində  aparılırdı.  Bu  dövrün  görkəmli  natiqlərindən  heç  şüb-
həsiz, Məhəmməd Peyğəmbərin (570-632) adını xüsusi qeyd et-
mək  lazım  gəlir.  Məhəmməd(əs)  məclislərdə  oxuduğu  xütbələrə 
qədər  özünə  gələn  vəhyləri  adamlara  çatdırır  və  onları  Allahın 
birliyinə  inanmaqda  –  möminliyə  çağırırdı.  İstər  qüreyşlərin 
birliyinə inanmaqda, istər haşimilərin içərisində Məhəmməd (əs.) 
gözəl  nitqi  qarşısında  həsəd  və  paxıllıqdan  törənən  ədavət  də 
yaranırdı.  Məhəmməd(əs.)  Mədinəyə  köçdükdən  sonra  müsəl-
manlara  özü  İslam  dini,  Allahın  əmrləri,  Quranın  hökmləri,  öz 
şəriəti  haqqında  güclü  bir  natiq  kimi  çıxış  edirdi.Koto  Lombun 
yazdığına görə Məhəmməd(əs.) bütün dillərə vaqif imiş. 
 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin