Dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə85/166
tarix18.05.2022
ölçüsü1,28 Mb.
#58406
növüDərs
1   ...   81   82   83   84   85   86   87   88   ...   166
2015-332

Ritorika və məntiq 
 
Məntiq sözü ərəbcə nitq sözündəndir. Ritorun nitqinin effekti 
onun  məntiqliyindən  asılıdır.  Ritor  öz  nitqini  elə  qurmalıdır  ki, 
məntiqin  heç  bir  qanunu  pozulmasın.  Məntiqin  dillə  əlaqəsi  o 


 
124 
qədər  möhkəmdir  ki,  XIX  əsrdə  Avropa  dilçiliyində  məntiqizm 
cərəyanı  yaranmışdı.  Onlar  dil  qanunlarrını  məntiqlə  eyniləş-
dirirdilər. Halbuki onları eyniləşdirmək olmaz. Ritorikanın mən-
tiqlə əlaqəsinə gəldikdə göstərmək lazımdır ki, məntiqə əsaslan-
mayan heç bir cümlə obyektiv gerçəkliyi əks etdirə bilməz. Baş-
qa sözlə desək, qrammatik cəhətdən düzgün qurulmuş söz birləş-
məsi  (qarpız  kababı,  günəş  küftəsi  və  s.)  və  cümlə  (Sumqayıt 
günəşin anasına şikayət etdi ki, əlimə su tökməyib) obyektiv ger-
çəkliyi  əks  etdirmir.  Yəni  məntiqi  cəhətdən  düzgün  deyil,  insan 
təfəkkürünə sığmır. 
Hər  bir  ritor  məntiqi  cəhətdən  cümləsini  düzgün  qurmalı 
olduğu  kimi,  sübutlardan,  faktlardan  düzgün  və  yerində  istifadə 
edə  bilməlidir.  Onun  mülahizə  və  mühakimələri  düzgün  və 
konkret olmalı, əqli ümumiləşdirməsi dinləyicini razı salmalıdır. 
Ritor  məntiqi  sillogizmlərdən  öz  nitqində  geniş  istifadə  edə 
bilməli,  onları  dinləyiciyə  çatdırmağı  bacarmalıdır.  Habelə  hök-
mün silloqistik ifadələrdən düzgün istifadə edə bilməlidir. Onlar 
aşağıdakılardır: 
1)  Barbara  –  Ümumi  iqrarı  hökm  –  Bütün  tələbələr 
insandır. 
 
2) Selarent – Xüsusi iqrarı hökm – Bəzi tələbələr əlaçıdır. 
Yasəmən bəzi tələbələrdəndir. 
Deməli,  Yasəmən  əlaçıdır,  əlaçı  olduğu  üçün  tələbədir,  tə-
ləbə oduğu üçün insandır.  
 
Belə silloqistik hökmlərin nəticələri həmişə düzgün olur. 
Təfəkkürün  bütün  (eyniyyət,  ziddiyyət,  kafi  əsas,  üçüncünü 
istisna)  qanunları  dildə  öz  əksini  tapdığı  üçün  ritor  bunlardan 
istifadə  edə  bilməli  və  ya  onları  nəzərə  almalıdır.  Məqsəddən 
uzaq düşməmək üçün kafi əsas qanununun nitqdə roluna baxaq. 
Bu qanun tələb edir ki, fikrini sübut üçün kafi əsas olduqda onu 
əlavə dəlillərlə yükləmək olmaz. Bu haqda A.Bakıxanov deyirdi: 
 


 
125 
Müddəam sübut üçün eldə belə məsəl var,  
Artıq sözlər küfrə dönər, məsələni gəl qutar. 
Bir  qədim  rəvayət  də  bu  haqda  dəyərli  material  kimi 
verilir. Orada deyilir: 
 
Bir nəfər öz dostu – hökmdarın evinə qonaq gedəndə həmişə 
böyük  təntənə  ilə  qarşılanırmış:  Bir  dəfə  də  dostugilə  gedəndə 
onu  heç  kəs  qarşılamır.  İçəri  girib  bunun  səbəbini  soruşduqda 
dostunun  arvadı  deyir:  Ərimin  sizi  təntənə  ilə  qarşılamadığının 
düz 86 səbəbi var. Qoy onları sayım: 
Birinci – ərim artıq ölmüşdür. 
Dostu təəssüflə deyir: 
– Daha 85 səbəb lazım deyil. 
Əgər müəllim ən yaxşı ritor olsa belə, «isim» bəhsini keçən-
də  bütün  adları  sadalasa,  üç  günə  qurtarmaz.  Onda  ona  heç  kəs 
qulaq asmaz. 

Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin