Ritorika və pedaqogika
Pedaqogika dedikdə, hər şeydən əvvəl, təlim prosesi nəzərdə
tutulur. Yunan dilindən götürülmüş bu terminin mənası insanı
tərbiyələndirmək deməkdir. Pedaqogika tərbiyənin mahiyyətini,
məqsədini, vəzifələrini və qanuna uyğunluqlarını öyrənir. Peda-
qogika habelə təlim və təhsil prosesində və həyatda şəxsiyyətin
rolunu müəyyənləşdirir. Pedaqogika cəmiyyət üçün çox lazımlı
bir sənətdir. Buna görə də o, qədim Yunanistanda e.ə. V-IV əsr-
lərdə meydana gəlmişdir. Müasir dövrdə təlim və təhsil sistemini
pedaqoji atributsuz təsəvvür etmək çətindir. Bu gün pedaqogika
təkcə təlim və tərbiyə məsələləri ilə məhdudlaşmır. Cəmiyyətdə
hər bir üzvün tərbiyəsi, əxlaqi davranışı, o cümlədən başqaları ilə
mədəni rəftarı kimi vacib məsələləri öyrənir. Tədris prosesində
müəllimin nitqinin gözəlliyi tələbəni (şagirdi) cəlb etmək, elmi
sevdirmək üçün əsas cəhətdir. Böyük rus pedaqoqu K.D.Uşinski
nahaq deməmişdir ki, müəllim şəxsiyyəti tərbiyədə hər şeydir.
Müəllim öz bəlağətli nitqi ilə tədris etdiyi fənninin incəliklərini
tələbə və şagirdlərinə sevdirdiyi kimi, bir şəxsiyyət kimi özünə
hörmət və nüfuz da qazanır.
Yeni yetişən nəslin və gənc mütəxəssislərin nitq mədəniy-
122
yəti, əsasən, ali və orta məktəb müəllimlərinin fəaliyyətindən
asılıdır. Ali məktəb tələbələri ədəbi dilin bütün normalarını
bilməli və ona əməl etməlidir. Bu vəzifənin təməli orta məktəbdə
qoyulmalı, ali məktəbdə isə bu iş tamamlanmalıdır. Bu işdə
bütün fənn müəllimləri iştirak etməlidir. Tələbələrin əksəriyyəti
burjua, sosial, demokrat və s. kimi sözlərin vurğusunu düzgün
tələffüz etmirlər. Bu sözlər daha çox tarix dərslərində işlədilir.
Əlbəttə, tarix müəllimi buna biganə qala bilməz.
Məlumdur ki, hər bir adamın nitqi onun keçirdiyi psixoloji
proseslərdən və emosiyalardan asılıdır. Məsələn, mənfi emosi-
yaların təsiri altında olan tələbənin nitqinin (psixolinqvistik
mexanizmi sanki bağlı olur. O, istədiyi fikri ifadə edə bilmir. Bu
onun səsinin ahəngində, intonasiyasının pozulmasında, sözləri
təhrif etməsində, dil vahidlərini bəzən düzgün seçə bilməməsində
hiss olunur. Müəllim bu vaxt tələbənin səhvlərini düzəltməli,
onun dil xətalarını təshih etməlidir.
Nitq mədəniyyəti, problemi daha çox dil və bununla bağlı
elmlər (ümumi dilçiliç, dil tarixi, müasir dil və s.) və ədəbiyyat-
şünaslıqla bağlıdır.
Dil qanunlarını öyrənmək birinci növbədə dilçiliyin vəzifə-
sidir. Dilçilikdən dərs deyən müəllim ilk növbədə tələbənin
nitqindəki: dialektizmlərlə mübarizə aparmalıdır.
Ədəbi tələffüz, yüksək nitq mədəniyyəti normaları əbəbiyyat
dərslərində daha böyük zərurət kəsb edir. Bədii nitqin estetik
duyumu, onun ekspressiv siqləti, induktiv təsiri məhz onu yüksək
ədəbi dillə çatdırmağı tələb edir.
Klassik ədəbiyyatımızdakı əruzun bütün bəhrlərini təfilələri
üzrə düzgün mənimsəmədən klassik şeiri nə demək, nə də tədris
etmək olar.
Şeirin xüsusiyyətlərindən, daxili məzmunundan, onun hansı
auditoriyada deyilməsindən çox şey asılıdır. Burada şablondan
istifadə etmək olmaz.
123
Müəllim özü tələbənin nitq mədəniyyətinin formalaşmasında
nümunə olmalıdır. Müəllim nitqi mühazirə ilə seminarda, birinci
kursla, beşinci kursda, milli auditoriya ilə qeyri-milli audito-
riyada eyni ola bilməz.
Dostları ilə paylaş: |