120
estetika sözü öz ilkin mənasından əlavə zövq, gözəllik, səliqəlilik
kimi mənalarda işlənmişdir. Hətta texniki estetika termin birləşməsi
də işlənməkdədir ki, bu da istehsalatda səliqəlilik, dəqiqlik, hər
şeyin öz yerində olmasını tələb edir. Insanın estetik tərbiyəsi
dedikdə isə onun xarici formasından tutmuş daxili aləminə qədər
zövqlü, gözəl və biçimli olması nəzərdə tutulur. Natiqlik sənətində
isə estetika etika ilə vəhdətdə götürülür.
Əgər ritor etik normaların hamısına cavab verən bir şəkildə
çıxış edirsə, deməli, estetika da onun içərisində əks olunmuşdur.
Çünki estetika təkcə zahiri görkəmi nəzərdə tutmur, habelə, dilin
gözəlliklərini məharətlə dinləyiciyə çatdırmağı nəzərdə tutur.
Estetika geniş mənada gözəllik aləmi dekəkdir. Əgər, ritorun
nitqi bütün cəhətlərdən gözəldirsə, deməli, estetik kateqoriyalar
gözlənilmişdir.
Dostları ilə paylaş: