Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə39/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji idarəetmə modelləri

Stratej idarəetmənin klassik nəzəriyyəsi çərçivəsində firmanın (müəssisənin) perspektiv inkişafının müəyyən edilməsinə dair altı yanaşmanı fərqləndirirlər. Onlara K.Endryusun, M.Porterin, Ben- nis və Neymusun, K.Proalad və Q.Xmelin yanaşmaları, eləcə də səmərəli inkrimentalizm və liderin arxasınca qaçmaq yanaşmaları bir-birindən fərqlənir. Həmin yanaşmaların qısa mahiyyətini nə- zərdən keçirək.


Kennet Endryus Harvard biznes məktəbinin bir neçə alimləri ilə birlikdə firmanın hazırkı vəziyyətini onun daxili potensialının və xarici mühitin inkişaf meyillərinə uyğunlaşdırmaq vasitəsilə gələcək inkişafını müəyyənləşdirməyi təklif edir. Onun yanaşma-
sında mərkəzi yeri SWOT təhlili, yəni firmanın güclü və zəif tə- rəfləri, imkan və təhlükələrin ətraflı təhlili tutur. Firmanın güclü və zəif tərəflərinin, daxili potensialının qiymətləndirilməsi onun fərqli xüsusiyyətlərini aşkara çıxarmağa imkan verir.
Bennis və Neymusun yanaşması firmanın gələcək vəziyyətini perspektivdə lider və biznesin inkişaf imkanlarını görməsi kimi, sahibkarın bacarığının təzahürü kimi, yəni xüsusi incəsənət növü kimi təqdim etməsinə əsaslanır.
Stratej idarəetmə nəzəriyyəsinin inkişafına K. Proalad və Q. Xmelin «Korporasiyanın fərqli xüsusiyyətləri» əsəri mühüm töh- fə verdi. Bu əsərdə firmanın gələcək vəziyyətinin müəyyənləşdi- rilməsinə tədricən yeni yanaşmalar əks olunmuşdur. Hazırkı vaxt- da bu yanaşma menecerlər və idarəetmə problemləri üzrə tədqi- qatçılar tərəfindən çox müsbət dəyərləndirilir. Bu yanaşma firma- nın gələcək vəziyyətini elə səviyyədə görməyi nəzərdə tutur ki, bazarda və biznesdə onu tanıdan, investorlar üçün cəlbedici edən və rəqiblərin təsirindən kifayət qədər qoruya bilən onun xüsusi, fərqli qabiliyyətli olsun. Bu zaman strateji idarəetmə prosesi fərq- li qabiliyyətin inkişafına istiqamətlənmiş proses mənasını daşıyır.
Həmin yanaşmaların qısa xarakteristikası 2.2 saylı cədvəldə əks etdirilmişdir.


Cədvəl 2.2.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin