Strategiyanın hazırlanması prosesi və konsepsiyaları
Firmanın bazar münasibətləri şəraitində daxili və xarici mühi- tin, eləcə də tələb və təklifin daim dəyişən təsirinə məruz qalması orada biznes fəaliyyətinin dayanıqlı strategiyasına əsaslanmasını şərtləşdirir. Bu zaman balanslaşan biznes sisteminin yaradılması, diversifikasiya və rəqabət strategiyasının işlənilməsi və həyata keçirilməsi üçün firmanın mövcud idarəetmə sisteminin əsaslı şəkildə təkmilləşdirilməsi tələb olunur.
Bazarda baş verən yeniliklər firmanın da bu yeniliklərə reak- siya verməyə sövq edir, həmin yenilik isə daha təkmil strateji ide- yaların yaradılmasına təkan verir. Buna görə də strategiyanın fas- iləsiz olaraq təkmilləşdirilməsi zərurəti yaranır. Strategiyanın ha- zırlanması prosesi isə özünün mərhələ və pillələri arasında qarşılıqlı əlaqənin formalaşması, ardıcıllığı və dinamikliyi ilə
seçilir. Strateji planlaşdırma kontekstində strategiyanın hazırlan- ması prosesinin mərhələləri aşağıdakılardan ibarətdir:
Daxili və xarici mühitin öyrənilməsi və təhlili;
Müəssisənin (firmanın) missiyasının (niyyətinin) və məqsəd- lərinin müəyyən edilməsi;
Strategiyanın formalaşdırılması, seçilməsi və təhlili;
Seçilmiş strategiyanın həyata keçirilməsi;
Strategiyanın icrasının qiymətləndirilməsi və onun üzərində nəzarətin təşkili.
Qeyd edilən kontekstdə strategiyanın hazırlanması prosesinin pillələri isə aşağıdakılardan ibarətdir:
məqsədin qoyuluşu və ona çatmaq meylinin formalaşması;
müəssisənin missiyasına uyğun müvafiq təhlillərin aparılma- sı;
strateji qiymətləndirmənin həyata keçirilməsi;
strategiyanın özünün formalaşdırılması;
strategiyanın həyata keçirilməsi (şəkil 1.10).
Dostları ilə paylaş: |