Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə18/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   14   15   16   17   18   19   20   21   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Təşkilatın güclü zəif tərəfləri. Xarici mühitin təhlilini aparmaq və təhlükə yaradan və yaxud yeni imkanlar açan amillər haqqında məlumatlar əldə edərək rəhbərlik özünün zəif və güclü
tərəflərini qiymətləndirilməlidir. İmkanlardan yararlanmaq üçün firmanın daxili qüvvəsi varmı və xarici təhlükələrlə bağlı gələcək problemləri hansı daxili zəifliklər mürəkkəbləşdirə bilər. Təşki- latın güclü və zəif tərəflərinin təhlili məhz buna xidmət edir. Da- xili problemlərin diaqnostikası üçün istifadə olunan metodu idarəetmə müayinəsi adlandırırlar. O, təşkilatın müxtəlif funksio- nal zonalarının kompleks tədqiqinə əsaslanıb və qoyulmuş vəzifə- dən asılı olaraq metodiki cəhətdən sadə və ya daha mürəkkəb ola bilər. Strateji planlaşdırma məqsədləri üçün müayinəyə 5 funk- sional zonanı – marketinq, maliyyə (mühasibət uçotu), istehsal, heyət və eləcə də təşkilati mədəniyyət və təşkilatın imicini daxil etmək tövsiyə olunur. Burada biz təşkilatın funksional zonalarının tədqiqi üçün istifadə olunan yalnız bir neçə göstəricini və onların bəzi xüsusiyyətlərini nəzəndən keçirəcəyik. Marketinq funksiya- sının təhlili zamanı tədqiqatın 7 vacib elementinə diqqət yetirmək lazımdır (şəkil 1.14).


Şəkil 1.14. Marketinq funksiyasının təhlili zamanı tədqiqatın vacib elementləri

Həmin elementlərin mahiyyətini qısa şəkildə aşağıdakı kimi şərh etmək olar.


Bazar payı rəqabətliliyi. Bazarın ümumi tutumuna faizlə nisbətdə bazar payı firmanın uğurlu fəaliyyətini xarakterizə edən
əsas göstəricilərdən biridir, belə ki, firmanın bazar payı ilə onun effektli işi arasında müəyyən asılılıq vardır. Eyni zamanda bu? əksər firmaların əsas məqsədi olduğundan və rəhbərlik daima ona nəzarət etməlidir.
Çeşidin müxtəlifliyi və keyfiyyəti. Onlar çox halda firmanın dayanıqlığını müəyyən edirlər. Amma burada müxtəlif yanaşma- lar mümkündür. Bir firma öz başlıca uğurunu məhsulun keyfiyyə- tinin təmin olunmasında görərək məhdud çeşiddə məhsul buraxır, ildə bir və ya iki yeni məhsul mənimsəyir. Digər firma hər il on- larla və yüzlərlə məhsul mənimsəyir.
Bazarda və alıcıların strukturunda dəyişikliklərin tədqiqi fir- ma rəhbərliyi üçün kifayət qədər mürəkkəb vəzifədir. Bu vəzifəni cəmiyyətin sosial təbəqələşməsi, əhalinin əsas kütləsinin gəlirləri səviyyəsinin dəyişməsini və ictimai dəyərlərin dəyişməsini çətin- ləşdirir.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin