Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə16/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 1.12. Xarici mühit amillərinin təsnifatı
Həmin amillərin mahiyyətini və təsir dərəcəsini aşağıdakı ki- mi təsvir etmək olar.
İqtisadi amillərin təhlil zaman inflyasiya (deflyasiya) temp- ləri, vergi dərəcəsi, beynəlxalq ödəmə balansı, əhalinin bütün- lükdə və sahələrdə məşğulluq səviyyəsi, müəssisələrin ödəmə qa- biliyyəti nəzərdən keçirilir.
Siyasi amillərin təhlili zamanı ölkələr arasında tariflər və ticarət üzrə razılaşmaları, proteksionist gömrük siyasətini (III dünya ölkələrinə yönəldilmiş), yerli hakimiyyət orqanlarının və mərkəzi hökumətin normativ aktlarını, iqtisadiyyatın hüquqi tən- zimlənməsinin inkişaf səviyyəsini, dövlət aparatı və siyasətçilərin antiinhisar qanunvericiliyinə münasibətini və işçi qüvvəsinin tu- tulması məhdudiyyətini izləmək lazımdır.
Bazar amilləri təşkilatının işinin effektivliyinə dolayı təsir göstərən çoxlu sayda xüsusiyyətləri özündə birləşdirir. Onların təhlili firma rəhbərliyinə öz strategiyasını dəqiqləşdirməyə və təş- kilatın bazardakı mövqeyini möhkəmləndirməyə imkan verir.
Təşkilat rəhbərliyi daima texnoloji xarici mühiti izləməyə borcludur ki, təşkilatın özünün mövcudluğu üçün təhlükə olan dəyişikliklərin meydana gəlməsi anını buraxmasın. Bu, xüsusən ona görə vacibdir ki, texnoloji xarici mühitdə dəyişiklik təşkilatı rəqabət şəraitində ümidsiz, çarəsiz vəziyyətə sala bilər. Texnoloji xarici mühitin təhlili istehsalın texnologiyasında konstruksiya materiallarındakı dəyişiklikləri (tamamilə yeni texnologiyanın ya- radılmasının başlanğıc anını qaçırmaq xüsusilə vacibdir), yeni məhsulların və xidmətlərin layihələşdirilməsi üçün hesablama texnikasının tətbiqini (idarəetmədə), informasiyanın yığılması, emalı və ötürülməsi texnologiyasında, rabitə vasitələrində baş ve- rən dəyişiklikləri nəzərə almalıdır.
Rəqabət amillərinin təhlili təşkilat rəhbərliyi tərəfindən rə- qiblərin fəaliyyətinə daimi nəzarəti nəzərdə tutur. Təhlilin mahiy- yətini aşağıdakı suallara cavabların axtarılmasında görmək olar:
- rəqibi fəaliyyətə nə gətirir? – o, nə edir? – o, nə edə bilər? Rəqiblərin təhlilində 4 tədqiqat (diaqnostika) zonasını fərq-
ləndirirlər:

  1. rəqiblərin gələcək məqsədlərinin təhlili;

  2. onların cari strategiyasının qiymətləndirilməsi;

  3. rəqiblərə münasibətdə ilkin şərtlərin qiymətləndirilməsi;

ç) sahənin inkişaf perspektivi, rəqiblərin güclü və zəif tərəflə- rinin öyrənilməsi.
Xarici mühitin sosial amilləri özündə dəyişən ictimai dəyərləri, məqsədləri, münasibətləri, ümidləri və adətləri özündə birləşdirir. İqtisadi qeyri-sabitlik şəraitində təşkilat üçün böyük təhlükə olan çoxlu problemlər məhz sosial mühitdə yaranır. Bu problemlərin öhdəsindən effektiv gəlmək üçün təşkilat bir sosial sistem kimi özü dəyişilməli və xarici mühitə uyğunlaşmalıdır.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin