Beynəlxalq amillərin təhlili milli təşkilatlar üçün çox vacib əhəmiyyət kəsb edir. Çoxlu iri və orta təşkilatlar beynəlxalq ba- zarda aktiv fəaliyyət göstərirlər və ya göstərməyə hazırlaşırlar. Digər ölkələrin hökumətlərinin milli bazarın ümumilikdə və ya ayrı-ayrı sahələrinin müdafiəsi və ya genişləndirilməsi üzrə səylə- rin nəzərdə tutan siyasətini izləmək lazımdır.
Nəzərdən keçirilmiş amillər qruplarının tədqiqat yolu ilə apa- rılmış xarici mühitin təhlili təşkilat rəhbərliyini maraqlandıran suallara cavabların tapılmasını asanlaşdırır:
xarici mühitdəki hansı dəyişikliklər təşkilatın cari strategi- yasına təsir göstərir?
hansı amillər ümumfirma məqsədlərinə nail olunması üçün böyük imkanları əks etdirir?
Qeyd edilən xarici mühit amilləri də nəzərə almaqla, şirkətin (firmanın) strategiyasının formalaşmasına təsir göstərən amilləri aşağıdakı kimi təsnifləşdirmək olar (şəkil 1.13).
Strategiyanın müəyyən edilməsində ən mühüm amillərdən bi- ri də sahənin cəlbediciliyi və bu sahədə rəqabətin intensivliyidir. Bu amillərin qiymətləndirilməsi şirkətə «bazarda hansı mövqenin tutulması» və «hansı rəqabət strategiyasından istifadə etməli» suallarına cavab verməyə imkan verir. Müəssisənin strategiyası sahənin xüsusiyyətlərinə və rəqabət mühitinə tamamilə uyğun olmalıdır.
Şəkil 1.13. Strategiyanın formalaşmasına təsir göstərən amillərin təsnifatı
Strategiya elə qurulmalıdır ki, yaranmış imkanlardan, xüsusilə rəqabət üstünlüyünün yüksəldilməsi ilə əlaqədar olan imkanlar- dan mümkün qədər yüksək səviyyədə istifadə olunsun. Şirkətin yaxşı əsaslandırılmış məqsədləri inkişaf imkanlarının yaranması və istifadəsinə, eyni zamanda şirkətin mövcud və gələcək mövqeyinin müdaifəsi ilə əlaqədar olur. Strategiyanın uğurlu olması üçün onu bazarın imkanları və xarici mühitin təhlükələri ilə bağlı surətdə hazırlamaq lazımdır. Bunun üçün bazarın imkanlarından istifadə istiqamətində hücum tədbirləri, uzunmüddətli rəqabət mövqeləri- nin qorunması üçün isə müdaifə tədbirləri hazırlanmalıdır.
Xarici şirkətlərdə strategiyaların hazırlanması üzrə təcrübə göstərir ki, strateji alternativlərin seçilməsində şirkətin rəqiblərə nisbətən peşəkarlığının yüksəkliyi əsas meyar kimi qəbul edilsə daha yaxşı olar. Strategiya şirkətin güclü və zəif cəhətlərini nəzə- rə alaraq onun rəqabət imkanları üzərində qurulmalıdır.
Dostları ilə paylaş: |