Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə25/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji seqmenləşdirmə


Strateji seqmentləşdirmə dedikdə müxtəlif parametr və ya prinsip əsasında şirkətin çıxışa malik olduğu mühiti ayrı-ayrı his- sələrə, yəni seqmentlərə bölünməsi başa düşülür. Xarici mühitin müxtəlif amillərini nəzərə almaqla seqmentləşdirməni aparmaq məqsədəuyğundur. Aparıcı şirkətlər çox vaxt bazarın strateji seq- mentləşdirməsini aparırlar. Bazarın strateji seqmentləşdirilməsi- nin əsas məqsədi bazarı tətqiq etməklə onun əsas parametrlərini müəyyən etməkdir. Bu da gələcəkdə firmanın fəaliyyət strategi- yasının hazırlanmasında istifadə edilir. Bazarın əsas parametrlə- rinə məqsədli seqmentlər üzrə istehlakçı qrupları, istehlakçıların


təlabatları və funksiyaları, seqmentlər üzrə qiymətlər və satış müddətləri, təlabatların ödənilməsi texnologiyaları daxildir. Şir- kət özünün əsas bazarını müəyyən etmək üçün bazarı ayrı-ayrı hissələrə bölür. Hər bir bazar seqmenti oxşar təlabatları, davra- nışları və motivləri ilə seçilir. Şirkətin çıxışa malik olduğu hər bir seqment – strateji təsərrüfat zonası (STZ) adlanır. STZ-nin paramterləri aşağıdakılardır:

  • Strateji təsərrüfat zonasında artım perspektivləri. Bu, məh- sula olan tələbin həyat tsikli fazaları ilə əlaqələndirilməklə məh- sul istehsalının potensial artım tempi ilə əks olunmalıdır;

  • Rentabellik perspeltivləri. Burada əsas diqqət seçilmiş STZ- də gözlənilən mənfəətlə, onun hansı məsrəflər hesabına əldə olunması ilə müəyyənləşir;

  • Gözlənilən qeyri-sabitliyin səviyyəsi – bunun nəticəsində şirkətin bu seqmentdə artım və rentabeillik üzrə gözləntiləri öz müəyyənliklərini itirirlər;

  • Uğurlu rəqabət amilləri isə gələcəkdə rəqabət mübarizəsi- nin aparılmasını müəyyən edən amilləri özündə əks etdirir.

STZ-lər çoxlu dəyişənlər kimi təsvir olunur, həm də özündə inkişafın perspektivliyi və rentabelliyi, dəyişkənliyi və qeyri- sabitliyi, uğuru, rəqabət amillərini və s. əks etdirir. Bunları əvvəlcədən bilmək çətindir. STZ-lərin seçilməsində rasional qərar qəbul etmək və resursları STZ-lər arasında bölüşdürmək üçün seqmentləşdirmə prosesində çoxlu sayda göstəricilər gözdən keçirilməlidir. İlkin olaraq STZ dəsti formalaşdırılır, sonra kifa- yət qədər bir dar həlqəli STZ-nin seçilməsi həyata keçirilir, əks halda onlar haqdakı qərarlar tamlığını itirəcəkdir.
STZ-in cəlbediciliyinin müəyyənlişdirilməsi aşağıdakı prinsiplərə söykənir:

  • Şirkətin maraqlandığı STZ-ni müəyyən edən iqtisadi, sosial, siyasi və texnoloji şəraitin qlobal proqnozu;

  • Mühüm tendensiyaların və təsadüfi hadisələrin müvafiq STZ-lərə təsirinin təhlili və onların qeyri-sabitliyinin qiymətlən- dirilməsi;

  • Artımın və rentabelliyin keçmiş tendensiyalarının ekstra- polyasiyası;

  • Mövcud tələb tendensiyalarında dəyişiklikləri formalaş- dıran amillərin təhlili.

STZ-ni seçdikdən sonra təşkilat bu sahədə məhsulun nomen- klaturasını işləyib hazırlamalıdır. Aşağıdakı şəkildə ayrılmış STZ-nin alqoritmi təsvir edilmişdir (şəkil 2.2).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin