Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə22/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   18   19   20   21   22   23   24   25   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 2.1. Firmaının imicini xarakterizə edən elementlər

Missiyada aparılan dəyişiklik görülən işi qismən və ya kökündən dəyişə bilər. Öz növbəsində fəaliyyət fəlsəfəsi və işə yanaşma tərzindəki köklü dəyişikliklər də missiyada dəyişikliklər aparıl- masına səbəb ola bilər. Missiya müəssisənin fəaliyyət sahəsi və işçilər arasında psixoloji mühitin vəziyyətinə aydınlıq gətirərək strateji planlaşdırmanın konseptual əsası kimi çıxış edir. Missiya anlayışı iqtisadi ədəbiyyata hərbidən gəlib və yerinə yetirilməsi


nəzərdə tutulan tapşırıq kimi izah edilir. İqtisad elmində isə mis- siya məfhumuna hər müəllif özünəməxsus məna verməyə çalış- mış və onların ən geniş yayılmışlarından aşağıdakıları qeyd edə bilərik:

  • missiya – biznes növünü fərqləndirən məqsədin dəqiq xarak- teristikasıdır;

  • missiya biznesin mövcudolma səbəbinin deklarasiyasıdır;

  • missiya uzunmüddətli perspektivdə biznesə baxışdır;

  • çox vaxt missiyanı biznesin məqsədi, fəlsəfəsi, dəyəri prinsipi, yaxud sadəcə təsəvvürü kimi müəyyənləşdirmək olar.

Missiyaya verilən müxtəlif təriflərin təhlili göstərir ki, onlar- dan hər biri aşağıdakı suallara cavabı tapmağa özünəməxsus cəhd edir:

  1. Biz edirik və başqalarının etdiklərindən ilə fərqlənirik?

  2. Bizim məhsulu, yaxud xidməti alan istehlakçı hansı faydanı görür?

  3. Bizim biznes həyatı nəyi dəstəkləyir nəyə xidmət edir?

  4. Bizim istehlakçı kimdir? O, bizdən nə gözləyir?

Başqa sözlə, missiyanın formalaşdırmağa edilən bütün səylər biznes fəaliyyətinin mahiyyətini, yəni biznes-ideyasını müəyyən- ləşdirməyə göstərilən cəhddir.
SOCAR-ın dayanıqlı inkişaf haqqında hesabatında onun missiyası aşağıdakı kmi formalaşdırılmışdır:
Azərbaycan Respublikasının yanacaq-enerji təhlükəsizliyini, neft-qaz və neft-kimya sənayesinin inkişafı üzrə strateji maraqları təmin etmək, qabaqcıl və ekoloji təmiz texnologiyalardan istifadə edərək Azərbaycanın elmi-texniki, iqtisadi və intellektual poten- sialının artırılmasına dəstək olmaq, regional və beynəlxalq enerji layihələrində həlledici mövqe tutmaq, karbohidrogen ehtiyatları- nın və emal məhsullarının daxili və xarici bazarlarda satışından maksimal mənfəət əldə etməkdir.
Azərbaycan Respublikasında maşınqayırma sənayesinin inki- şafı üzrə Nazirlər Kabineti tərəfindən təsdiq edilən proqramda
«Azneftkimyamaş» Açıq Səhmdar Cəmiyyətində (ASC) qarşıya qoyulan missiya avadanlıqların, maşın və mexanizmlərin istehsa-
lının genişləndirilməsi, keyfiyyətinin yaxşılaşdırılması, bu məh- sullar üzrə ixrac potensialının artırılması, sahənin elmi-texniki bazasının möhkəmləndirilməsi, yeni neft-mədən avadanlıqlarının işlənilməsi və sınaq nümunələrinin hazırlanması, təcrübə-sınaq mərkəzlərinin yaradılması, beynəlxalq standartların (API, İSO- 9001 və s.) geniş tətbiq edilməsi, fərdi layihələr əsasında maşın- qayırma müəssisələrinin yenidən qurulması, istehsalatın struk- turunun təkmilləşdirilməsi, qeyri-perspektiv istehsal güclərinin konversiyası, maşınqayırma sahəsində mütəxəssislərin hazırlan- ması istiqamətində tədbirlərin həyata keçirilməsindən ibarətdir. Bu missiyanın yerinə yetirilməsi istiqamətində bəzi addımlar atıl- mışdır. Belə ki, son illərdə Yaponiya hökumətinin ayırdığı qrant hesabına «Azneftkimyamaş» ASC-in istehsal etdiyi bir çox məh- sullar Amerika Neft İnstitutunun (API) standartları və İSO-9001 beynəlxalq sistemi üzrə sertifikatlaşdırılmışdır.
Təşkilatın missiyası hazırlanarkən aşağıdakı bəzi xüsusiyyət- lər nəzərə alınmalıdır:
1   ...   18   19   20   21   22   23   24   25   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin