Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə19/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   15   16   17   18   19   20   21   22   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Bazar tədqiqatları işlənib hazırlanmaları. Firmanın (şirkətin) daima rəqabət qabiliyyətliliyinin saxlanması üçün yeni- yeni məhsulların və xidmətlərin, eləcə də bazarların geniş tədqi- qatını işləyib hazırlamaq vacibdir.
Alıcılara satışdan qabaq və satışdan sonrakı xidmət. Səmə- rəli və yaxşı satışdan sonrakı xidmət böyük həcmdə satışlara sərait yaradır, o alıcıların firmaya yolladığın saxlayır və formalaş- dırır, yüksək satış qiymətlərini təyin etməyə imkan verir.
Satış, reklam və malların yeridilməsi. Bu göstəricilər marke- tinq funksiyasının təhlilində mərkəzi yerlərdən birini tutur. Firma bazarda o halda uğurlara bel bağlaya bilər ki, onun aktiv və səriş- təli satıcıları, aqressiv, yaradıcı mütəşəkkil reklamı məhsulların və xidmətlərin irəlilədilməsi planı olsun.
Mənfəət. Mənfəət – müəssisənin (firmanın) fəaliyyətinin ümumiləşdirilmiş göstəricisidir. Buna görə də müxtəlif istiqamət- lərindən, məhsul və xidmətlərdən alınan mənfəətə daima nəzarət etmək marketinq üzrə menecerin əsas funksiyasıdır. Bu zaman şirkətlər (firmalar) birinci dərəcəli əhəmiyyəti öz əməliyyatlarının səmərəliliyinə yönəltməlidirlər.
Maliyyə (mühasibat uçotu). Firmanın maliyyə vəziyyəti əksər halda rəhbərliyin gələcəkdə hansı strategiyanı seçəcəyini müəyənləşdirir. Maliyyə vəziyyətinin xərc elementləri üzrə təhlili firmanın artıq mövcud olan və potensial zəif tərəflərini aşkarla- mağa kömək edir. Bir qayda olaraq, maliyyə vəziyyətinin təhlili maliyyə təftişi metodları ilə auditor tərəfindən aparılır. Bu, kifa- yət qədər əmək və vaxt tutumlu olmaqla firmanın çoxlu sayda əməkdaşının cəlb olunmasını tələb edən işdir.
Səy göstərmək lazımdır ki, aparılan maliyyə təftişi firmanın həmin dövrdə normal fəaliyyətinə maneçilik törətməsin.
II.


TƏŞKİLATIN STRATEJİ MENECMENT SİSTEMİ

    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin