«İnsanların mənafeyi» dedikdə nə nəzərdə tutulur?
Konkret olaraq hansı qayğı?
«Biz yeni təchizatçılarla bir- gə çalışaraq məhsul və xid- mətin keyfiyyətini yüksək tu- tacaq, müştəri məmnuniyyə- tinə, dəyərlərə əhəmiyyətli
dərəcədə fərqli şəkildə önəm verəcəyik»
«Biz biznes prosesləri- nə tədbirli yanaşmaqla daim yüksək nəticələri əsas tutacağıq»
«Tədbirli» dedikdə nə nəzərdə tutulur?
«Yüksək nəticə» kon- kret olaraq nə de- məkdir?
«Komandamız müştərilərin yüksək etimadını qazanmaq üçün partnyorlarımızla birgə şirkətin strategiyasını və inki- şaf siyasətini uğurla yerinə
yetirir»
«Məqsədimiz bazarda ən böyük və ən yaxşı olmaqdır»
«Ən böyük» və «ən yaxşı» reallıqda nəyi ifadə edir?
Hansı kriteriyalar əsas
götürülür?
Şirkətimiz hər 3 ildə dövriy- yəsini 2 dəfə artıracaq, eyni zamanda mənfəəti, kapitalı artırmaqla bu nəticələrdən
birlikdə faydalanacağıq
Missiya bəyanatları baxış bəyanatlarından fərqli olaraq daha konkret məqsədləri ifadə edir. Missiyada firmanın əsas fəaliyyəti, bazardakı mövqeyi, nüfuzu, ləyaqəti, psixoloji imici, prinsipləri və s. qeyd edilir. Missiya haqqında məsələlər müəssisənin nizam- naməsində və ya təsis müqaviləsində göstərilir. Orda qeyd edilən elementlər həm alıcılar, tərəfdaşlar, həm də işçilər arasında qoru- nub saxlanmalıdır. Firmanın imici ilk növbədə onun funksiyaları, daxili və xarici təsir amlləri ilə xarakterizə edilir.
Bu funksiyalara aşağıdakıları aid etmək olar:
idarə aparatının (ofisin) tərtibatı və işçilərin xaricigörünüşü(şəkil 2.1).
Təşkilatın missiyası onun mövcudluq səbəbi olub, fəaliyyət fəlsəfəsini – rəqiblərdən fərqli dəyərləri, davranış normaları, korporativ ruhu ifadə edərək, strategiyanın formalaşdırılması pro- sesinin mühüm amili kimi çıxış edir. Çünki, strategiyaların hazır- lanması və seçilməsi prosesində missiya strategiyalara istiqamət verir, eləcə də mövcud missiyaya görə təhlillər aparılır və strate- giyalar müəyyənləşir. Missiya bazar konyukturundan və texnoloji inkişafdan asılı olaraq müəyyən vaxtdan sonra dəyişə bilər. Çün- ki, starteji idarəetmə və təhlil prosesində missiya özünü nəticə şəklində də göstərir. Belə ki, aparılan təhlillərə əsasən firma möv- cud missiya ilə uğurlu fəaliyyətini davam etdirə bilmirsə yeni missiya müəyyənləşdirməlidir.