Bazarın kəskin tələbləri şəraitində rəqabətə davam gətirməyən firmalar xərcləri düzgün idarə etmədikləri üçün müflisləşir və fəaliyyətlərinə xitam verirlər. Odur ki, ixrac strategiyasının işlə- nilməsində çox mühüm problemlərdən biri – xərclər problemidir. Səviyyələrinə görə, xərclər strategiyasını aşağı, orta və yüksək xərclər üzrə təsnifləşdirirlər. İxrac strategiyası firmanın beynəl- xalq fəaliyyətinin üzvü tərkib hissəsini təşkil edir. Xarici ölkə tədqiqatçılarından A.Tompson və A.Strikland «Strategiyanın işlə- nilməsi piramidasını» təklif etmişlər. Orada müəssisənin ümumi strategiyasında digər strategiyaların yerini müəyyən etmək müm- kündür. Marketinq strategiyasının özü isə daxili bazarda marke- tinq strategiyası və beynəlxalq marketinq strategiyasına ayrılır. Sonuncunun tərkibində idxal və ixrac strategiyaları mühüm yer tutur. Azərbaycanda ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsində 2020-ci ilədək strateji baxış aşağı və orta dəyər məhsulları seqmentində həmin sahə müəssisələrinin daxili istehlakçılarının ehtiyaclarının daha böyük hissəsinin ödə- nilməsinə nail olmaq və regional bazarda Azərbaycan məh- sullarının payının artırılmasıdır. Həmin Strateji Yol Xəritəsinin
icrası nəticəsində sənayenin strukturu təkmilləşdiriləcək, qeyri- neft sənayesi iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən birinə çevriləcək ağır sənaye və maşınqayırmanın sənayedə və məşğulluqda payı artacaq, ümumi iqtisadi potensial 2020-ci ildən sonrakı dövr üçün nəzərdə tutulmuş məqsədlərin reallaşdırılması üçün hazır vəziyyətə gətiriləcək, yəni mövcud resurslardan opti- mal istifadəyə və müəssisələrdə səmərəli istehsal metodlarının tətbiqinə başlanacaqdır. Müəssisələrin rəqabət qabiliyyətinə təsir edən amillər (məsələn, standartlar, texniki tənzimlənmə, kadr po- tensialı, innovasiyaların təşviqi, əqli mülkiyyət və s.) üzrə ciddi irəliləyiş əldə olunacaq, onlar ənənəvi məhsul bazarında yerli iri sifarişçilərin ehtiyaclarını qarşılacayaqdır.
Strateji xəritədə 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış aşağı və orta dəyər məhsulları seqmentinin əksər hissəsində dəyər zəncirinin yerli imkanlar hesabına formalaşdırılması, ölkə müəssisələrinin regional baxımdan tam rəqabətqabiliyyətli vəziy- yətə gətirilməsi və Azərbaycan Respublikasının regionun ağır sə- naye və maşınqayırma mərkəzinə çevrilmişdir.
Beləliklə, təşkilatın baxışı – gələcək üçün arzu, xəyal edilən durumu ifadə edir, missiya isə təşkilatın mövcudluq səbəbi kimi baxışın əldə olunması vasitəsi olub, mövcud vəziyyəti əks etdirir.