Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Təşkilatın strateji baxışı (vizionu), niyyəti (missiyası) və məqsədləri



Yüklə 3,22 Mb.
səhifə20/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Təşkilatın strateji baxışı (vizionu), niyyəti (missiyası) və məqsədləri


Təşkilatın strategiyası uzunmüddətli dövr üçün onun miqyas və inkişaf istiqamətini müəyyən edir və işgüzar fəaliyyət üzrə verilən operativ qərarların təşkilatın uzunmüddətli maraqlarına uyğunluğunu təmin edir.


Strategiya hər bir işçinin, bölmənin, səviyyənin ümumi məq- sədlərə doğru irəliləməsinə zəmin yaradır. Ona görə də işgüzar təşkilatın strategiyası aydın olmalı və hər bir cari qərarın uzun- müddətli təsirləri nəzərə alınmalıdır.
Təşkilatlarda strateji hədəflərinin sərgilənməsi ilk öncə stra- teji baxış (vizion) və niyyətin (missiya) hazırlanmasından başla- yır. İqtisadi leksikona baxış anlayışı ötən əsrin 90-cı illərində da- xil edilmişdir. Təşkilatın strateji baxışı – onun potensialı və gələ- cəyə ümid həvəsi ilə seçilərək arzularını ifadə etdirir. Eyni za- manda işgüzar təşkiatın hazırki dövr üçün hazırladığı və icra et- diyi strateji baxışı mövcud ola bilər. Məhz bunları nəzərə almaqla şirkətin “indiki zaman üçün” və “gələcək dövrlər üçün” strateji baxışlarını fərqləndirirlər. Bundan əlavə strateji baxışı əhatə dairəsinə və iyerarxiya səviyyəsinə görə də təsnifləşdirmək olar.
Çağdaş dövrdə qeyri-müəyyən və sürətlə dəyişən xarici mühit işgüzar təşkilatlarda maliyyə gücünü deyil, məhz gələcəyin xəyali təsvirini ön plana çəkir. Yəni, müəyyən işə başlarkən sahibkarlıq ideyası pul vəsaitinin olmasından daha vacibdir. Buna görə də, menecmentin bir metodu kimi “baxışa söykənən menecment” ərsəyə gəlmişdir ki, bu da öz növbəsində həm menecmentin, həm də işçilərin oyanış motivlərini və fəaliyyətini bir yerə istiqamət- ləndirir.
Stateji baxış “beyin hücümu” metodu ilə hazırlandıqda, o, daha yaxşı effekt verir. Ümumiyyətlə təkcə, strateji baxış deyil, həmçinin təşkilatın niyyəti, məqsdləri və ayrı-ayrı biznes strate- giyaları da “beyin hücümu” vasitəsilə hazırlanarsa, fikrimizcə, o, ideal olmasa da, daha məqsədəuyğun olar.
Strateji baxışın aydınlığı, təşkilatın əməkdaşları tərəfindən onun qəbul olmasını və sonrakı inkişafını təmin edir. Belə ki, əməkdaşlar tərəfindən onun qeyd-şərtsiz qəbulu biznesin məqsəd və fəaliyyətlərinin təşkilatın korporativ mədəniyyəti ilə əlaqə yaratmasına və eyni zamanda korporativ dəyərlərin, inancların strateji baxışa istiqamətlənməsinə şərait yaradır.
Strateji görmənin iki əsas komponenti vardır:

  1. metodoloji konseptin hazırlanması, yəni təşkilatın təyinatı- nın anlaşılması;

  2. emosional ismarıcın sərgilənməsi.

Təşkilatın baxışındakı ismarıclar istehlakçılara, əməkdaşlara, mülkiyyətçilərə, tərəfdaşlara və menecmentə yönəlir. Onu da qeyd etmək lazımdır ki, strateji baxışa daxil olan bəyanatlar rəqiblərin strateji baxışını təkrarlamamalı, orijinallığı ilə seçilməli və mövcud reallığa arxalanmalıdır.
Aşağıdakı cədvəldə həmin fərqlərin məzmununu aydın şəkil- də gömək olar (cədvəl 2.1).
Cədvəl 2.1.




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin