Şəkil 1.10. Strategiyanın hazırlanması prosesinin mərhələləri və pillələri
Həmin mərhələ və pillələrin həyata keçirilməsinin başlıca şərti prosesin real informasiya ilə təmin edilməsidir. Digər tərəf- dən, strategiyanın hazırlanması zamanı təhlil və qiymətləndir- mənin əlaqəli metodlarından istifadə edilməsi vacibdir.
Bizim fikrimizcə stategiyanın hazırlanmasının aşağıdakı xü- susiyyətlərini göstərmək olar:
stategiya plan, davranış prinsipi, mövqe, vasitə və perspek-tiv kimi sərgilənməlidir;
strageyahəmişəməqsədəçatmavasitəsikimiçıxışedir;
strategiyahücümu,müdafiənivəmanevribirləşdirir;
strategiyanın hazırlanması hər hansı hərəkətin baş verməsiiləbitmir.Adətən,strategiyanınhazırlanmasıümumiistiqamətləri müəyyənləşdirməkləbitir;
strategiya hazırlanarkən bütün imkanları qabaqcadan gör-mək qeyri-mümkündür. Buna görə ümumiləşdirilmiş informasiya-lardanistifadəedilir;
strategiya ehkam deyildir, yeni informasiya yarandıqca o,korrektə edəbilər;
strategiya ilə orientir (istiqamət) eyni məna kəsb etmirlər,orientirməqsəddir,strategiyaisəməqsədəçatmavasitəsi;
strategiya ilə orientir bir-birini əvəz edə bilərlər və bəzən iyerarxiya təşkil edirlər. Məsələn məqsəd mənfəətdirsə, onda strateji dəstin bir hissəsi bazar payı ola bilər, əksinə bazar payı məqsəddirsə, onda mənfəətin artırılması strateji dəstin bir hissəsi- dir. Strategiya və məqsədlərin iyerarxiya təşkil etməsinə misal kimi işgüzar təşkilat və onun bölmələrinin məqsəd və strateji dəstlərini göstərmək olar. Məsələn, işgüzar təşkilatın başıca məq- sədi mənfəətdirsə, bu təşkilatın ayrıca bir bölməsinin və ya sexi- nin məqsədi mənfəət ola bilməz, “A” sexinin məqsədi “X” məh- sulunun istehsalını artırmaq ola bilər. Deməli, təşkilatın ayrıca bölmə və sexlərinin məqsədləri təşkilatın başlıca məqsədinə çatmaq üçün strateji dəstlərin ayrı-ayrı hissələri ola bilər və bu baxımdan strategiya və məqsəd iyerarxiya yaradır.
İ.Ansoffa görə strategiyanın hazırlanmasında dörd qrup qaydalar dəstindən istifadə edilir:
şirkətin xarici mühiti ilə münasibəti müəyyənləşdirən stratejidəst(biznesvəya əmtəəstrategiyası);
təşkilatdaxili münasibətləri müəyyənləşdirən qaydalar dəsti(buna bəzən təkilati konsepsiya da deyirlər – sosial davranışnormaları,korporativmədəniyyət,təşkilatınfəlsəfəsivəs.);
gündəlik fəaliyyətdə istifadə edilən qaydalar dəsti (operativalətlər)”.
Strateji idarəetmə sahəsində məşhur mütəxəssis və nəzəriy- yəçilərdən biri olan M.Porter hesab edir ki, firmanın bazarda davranış strategiyasının işlənib hazırlanmasının üc əsas sahəsi mövcuddur.
I sahə. İstehsalatda xərclərin minimumlaşdırılması üzrə lider- liklə bağlıdır. Bu strategiyanın həyata kecirilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, şirkət məhsulları ən aşağı xərclərlə istehsal etməyə çalışır. Bunun nəticəsində də şirkət analoji məh- sullar üzrə daha aşağı qiymət təyin edərək bazar payını artırmağa nail olur. Belə tip strategiyanı reallaşdıran şirkətlər yaxşı təşkil edilmiş təchizat və istehsalata, texnologiyaya və mühəndis kons- trukt bazasına, həmcinin məhsulların son istehlakcılara catdırıl- ması ücün mükəmməl bölgü sisteminə malik olmalıdırlar.
sahə. Strategiyanın işlənib hazırlanması firma tərəfindən istehsal edilən məhsulların differensiallaşdırılması ilə bağlıdır. Bu halda firma bütün məhsulların istehsalı sahəsində lider olmaq ücün differensiallaşdırılmış istehsalat və marketinq fəaliyyəti hə- yata kecirməlidir. Bu onunla nəticələnir ki, alıcılar qiymət yüksək olduqda belə müəyyən markanı alırlar. Bu tip strategiyanı real- laşdıran firmalar tətqiqat və inkişaf işlərini həyata kecirmək ücün yüksək potensiala, peşəkar dizaynerlərə, məhsulun yüksək key- fiyyətini təmin edən əlverişli sistemə, həmcinin marketinq siste- minə malik oimalıdırlar.
sahə. Bu bölmə müəyyən bazar seqmentində firmanın səylərinin mərkəzləşdirilməsinə aid edilir. Bu halda firma bütün bazarda fəaliyyət göstərməyə calışmır. O, bazarın müəyyən tip məhsula tələbini müəyyən edərək, məhsullarını müəyyən bir seq- ment ücün istehsal edir. Belə bir vəziyyətdə firma ya xərclərin
aşağı salınmasına, ya da məhsul istehsalında differensiallaşdırma siyasətinin aparılmasına istiqamətlənə bilər. Bu yanaşmaların birgə həyata kecirilməsi də mümkündür. Lakin, üçüncü növ stra- tegiyanın həyata kecirilməsinin ən vacib xüsusiyyəti ondan iba- rətdir ki, firma öz fəaliyyətini hər şeydən əvvəl bazarın müəyyən seqmentindəki müştərilərin tələbinin həlli əsasında təşkil edir.
Strategiyanın işlənib hazırlanması prosesı əsasən aşağıdakı mərhələlərdən ibarətdir: