Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Strateji planlaşdırma zamanı amillərin qiymətləndirilməsi və alternativlərin seçilməsi



Yüklə 3,22 Mb.
səhifə34/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Strateji planlaşdırma zamanı amillərin qiymətləndirilməsi və alternativlərin seçilməsi


Strateji planlaşdırma zamanı xarici və daxili mühit amilləri və onların səmərəliliyini əks etdirən göstəricilər təsnifləşdirilməli və qiymətləndirilməlidir. Xarici və daxili mühitin imkan və təhlükələ- ri daim nəzarətdə saxlanılmalı və aşağıdakı sahələrin təsir dairəsi nəzərə alınmalıdır: hakimiyyət, cəmiyyət, bazar, iqtisadiyyat, si- yasət, texnologiya, rəqabət, beynəlxalq vəziyyət və sosial davranış. Bütünlükdə xarici mühiti üç əlamətinə görə qiymətləndirmək olar: cari strategiyanın müxtəlif cəhətlərinə təsir edən dəyişiklik- lər; cari strategiya üçün təhlükəli amillər; plana düzəliş vasitəsi ilə ümumi məqsədlərə nail olunması üçün böyük əhəmiyyətli


amillər.
Xarici mühit amillərini iki qismə ayırırlar: birbaşa və dolayı təsir edən amillər. Birbaşa təsir amilləri – firmanın əməliyyat- larına məruz qalan amillərdən (malgöndərənlər, əmək resursları, istehlakçılar, rəqiblər və s.) ibarətdir. İqtisadiyyatda baş verən də- yişikliklər, qrup maraqlarının təsiri, digər ölkələrdə baş verən və firma üçün mühüm əhəmiyyət kəsb edən hadisələr bu qəbildən olan amllərdir.
Xarici mühitin əsas xarakteristikaları aşağıdakılardır:

  • xarici mühit amillərinin bir-birinə təsir etmələri;

  • xarici mühitin mürəkkəbliyi (firmanın reaksiya verməli oldu- ğu xarici mühit amillərinin çoxluğu və hər bir amilin səviyyə- sinin variantlılığı);

  • mühitin mütəhərrikliyi (firmadan kənarda dəyişikliklərin sü- rətlə baş verməsi);

  • xarici mühitin qeyri-müəyyənliyi (amillər barədə təşkilatın sə- rəncamında olan informasiyanın azlığı şübhə doğurması).

Xarici mühitin hakimiyyət amlinə siyasi funksiyaların yerinə yetirilməsi, lobbiləşmə maraqları və nümayəndəlik daxildir.
Xarici bazarın təhlili zamanı aşağıdakı amillərə baxılması va- cibdir: demoqrafiya şəraitinin dəyişməsi, əmtəə və xidmətlərin həyat dövrləri, bazara nüfuz etməyin asanlığı, əhalinin gəlirləri- nin bölüşdürülməsi, sahədə rəqabətin səviyyəsi. Təhilin nəticələri strategiyanı dəqiqləşdirmək və rəqiblərə nisbətən firmanın möv- qeyini möhkəmləndirmək imkanı verir. Bununla yanaşı bazarın mövqeyi, tələbatların ödənilməsi, resursla təminat, rəqabətin məntiqi, inkişafın tempi və qiymətli kağızlar portfelinin həddi də diqqət mərkəzində saxlanılmalıdır.
Beynəlxalq miqyasda fəaliyyət göstərən firmalar üçün təhlükə və imkanlar əsasən aşağıdakı səbəblərdən yaran bilər: xarici şir- kətlərin fəaliyyəti, valyutanın məzənnəsinin dəyişməsi, xammalın asan (çətin) əldə edilməsi, investisiya obyekti və ya bazarlar rolunda çıxış edən ölkələrdə siyasi vəziyyətin dəyişməsi və s.
Texnoloji sahədə mühüm dəyişikliklərə diqqət yetirilməməsi firmanı pis vəziyyətə sala bilər. Xaricdəki istehsal texnologi- yasında baş verən mühüm dəyişiklikləri, əmtəə və xidmətlərin layihələndirilməsində kompyuter texnologiyalarının tətbiqini və rabitə texnologiyasında son yenilikləri nəzərə almaq üçün texno- logiyanın təhlili də mühüm əhəmiyyət kəsb edir.
Xarici mühit amillər içərisində sosial funksiyaların həyata keçirilməsi, ekoloji təhlükəsizliyin qorunması və firmanın nüfuzu (imici, şöhrəti) diqqət mərkəzində saxlanılmalıdır.
Strateji planlaşdırmanın daxili mühiti xarakterizə edən səmə- rəlilik amillərinin iqtisadi göstəricilərinə məhsuldarlıq, maya də- yəri, mənfəət, xərc normaları, satışın həcmi; sosial baxımdan gös- təricilərinə motivasiya, əmək fəaliyyətinin keyfiyyəti, ixtisas sə- viyyəsi, sosial aktivlik, qiymətə istiqamətlənmək və münaqişənin yoxluğu; təşkilati baxımdan göstəricilərinə isə informasiya ilə tə-
minat səviyyəsi, qərarların qəbul edilməsi sürəti, adaptasiya, elas- tiklik, inkişaf etmək meyli aiddir (şəkil 2.7).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin