1
|
2
|
B A Z A R Ş Ə R A İ T İ
|
Bazarın potensialı
|
Əmtəənin satılmaıs nəzərdə tutulan alıcıların içə- risində daha çox ehtimallı alıcıların payı çoxdurmu? Bu payın dəyişmə meyli müsbətdirmi?
Alıcıların bir satıcıya bağlanma dərəcəsi yük- səkdirmi?
Ən dar seqmeentdə bazarın potensialı ən geniş seqmentdəki potensialdan kəskin fərqlənirmi?
Bazarın reklama həssaslığı yüksəkdirmi?
|
Bazarın strukturu
|
Lokal konsentrasiyalı bazar (çox məhdud coğrafi regionda alıcıların dar tipinə ixtisaslaşma).
Lokal-diversifikasiyalı bazar (çox məhdud coğrafi regionda alıcıların geniş tipinə uyğunlalşma).
Qlobal-konsentrasiyalı bazar (coğrafi qeyri-məhdud regionda alıcıların dar tipinə uyğunlaşma).
Qlobal-diversifikasiyalı bazar (coğrafi qeyri-məhdud regionda müxtəlif tip alıcılar).
Qlobal bazar (coğrafi qeyri-məhdud regionda bütün
tip alıcılar).
|
Bazarın yaşı
|
Bazar yaranma mərhələsindədirmi? Bazar inkişaf mərhələsindədirmi? Bazar yetkinlik mərhələsindədirmi? Bazar tənəzzül mərhələsindədirmi?
Bazar dağılma mərhələsindədirmi?
|
Tələbin elastikliyi
|
Bazarda qiymətin dəyişməsinə alıcının reaksiyasının lokal həssasllıq səviyyəsi yüksəkdirmi?
Bazarda tələbin daimi elastikliyi səviyyəsi yüksəkdirmi? Bazarda tələbin dəiyşən elastikliyi səviyyəsi yüksəkdirmi? Tələbin elastikliyi bazarın həyat dövrü mərhələsindən çoxmu asılıdır?
Baxılan bazarda tələbin elastikliyi qonşu bazarlarda tələbin
elastikliyindən kəskin fərqlənirmi?
|
Bazarda və əsas müvəffəqiyyət amilləri (ƏMA)
|
ƏMA-ların içərisində:
əlveriqli xarici şəraitin təsiri altında yaranan, ancaq bu gün mövcud olmayan amllərdən varmı?
bu gün malik olmadığımız fərqləndirici qabiliyyətlərlə bağlı olanları varmı?
təşkilatda hələlik yaradılmayan mikroşəraitin təsiri altında formalaşan amillər varmı?
təşkilatın sahədəki mövqeyindən asılı olan amillər varmı?
təşkilatın təmin edə bilmədiyi amillərin payı varmı?
|