Rəqabətin strukturu xalis rəqabətə yaxındırmı? Rəqabətin strukturu inhisarçı rəqabətə yaxındırmı? Rəqabətin strukturu oliqopoliyaya yaxındırmı?
Rəqabətin strukturu inhisara yaxındırmı?
Sahə tamamilə yenidirsə, orada rəqabət varmı?
Sahənin potensialı
rəqabət səviyyəvi
Sahəyə daxilolmağaistehsal-texnoloji maneələr böyükdürmü?
Sahəyə daxilolmağamaliyyə-iqtisadimaneələr böyükdürmü? Sahəyə daxil olmağa marketinq maneələri böyükdürmü? Potensial rəqiblərin sayının sahədəki real rəqiblərin sayına nisbəti böyükdürmü?
Bütün potensial rəqiblərin sahəyə daxilolma şərtində
təşkilatın rəqabətdəki mövqeyinin kəskin pisləşmə ehtimalı böyükdürmü?
Alıcılardan asılılıq
Alıcıların seçimi genişdirmi?
Alıcının təşkilatın məhsulunu tanıma ehtimalı böyükdürmü? Təşkilatın məhsulunu tanıyan alıcının o məhsula diqqət yetirmə ehtimalı böyükdürmü?
Təşkilatın məhsuluna diqqət yetirən alıcının onu almaq barəldə fikirləşmə ehtimalı böyükdürmü?
Təşkilatın məhsulun almaq barədə imkanlarını təhlil edən alıcının onu almaq barədə qərar qəbul etmə
ehtimalı böyükdürmü?
Malgöndərənlərdən asılılıq
Təşkilatın istehsal etdiyi məhsulun dəyərində göndə- rilən malların dəyərinin xüsusi çəkisi böyükdürmü? Malgöndərənləri seçəndə təşkilatın sərbəstlik səviy- yəsi yüksəkdirmi?
Malgöndərən göndərişin istehsal-texnoloji şərtlərini qəbul etdirə bilirmi?
Malgöndərən göndərişin maliyyə-iqtisadi şərtlərini qəbul etdirə bilirmi?
Təşkilat malgöndərənlərə nəzarət edə bilərmi?
Əvəzedici malların is- tehsalçılarının təzyiqi
Təşkilatın məhsullarının istehlakçısının büdcəsində əvəzedici mallara xərcin xüsusi çəkisi yüksəkdirmi? İstehsal-texnoloji baxımından əvəzedici malların istehlakçılarının üstünlüyü varmı?
Bazarın həyat dövründə əvəzedici məhsul istehsal- çılarının üstünlüyü varmı?
Sahənin elmi-texniki inkişaf planında əvəzedici məh- sul istehsalçıların üstünlüyü varmı?
Ənənəvi (potensial) alıcılar üçün əvəzedici məhsul istehsalçıları üstündürmü?
Strateji planlaşdırma sistemindən istifadə edən firma rəhbər- lərinin fəaliyyətində ən mühüm addımlardan biri də firmanın ümumi strategiyasının seçilməsidir. Bunun üçün rəhbərlər strateji alternativləri araşdırmalı və qiymətləndirməlidirlər. Ümumi stra- tegiyanın aşağıdakı əsas alternativlərinə baxılması məqsədəuy- ğundur.
məhdudartımstrategiyası;
artımstrategiyası;
ixtisarstrategiyası;
birləşdirməstrategiyası.
Məhdud artım strategiyası – məqsədlərin əldə olunmuş nəti- cələr üzərində qurulması ilə xarakterizə olunur. Bu strategiyanın cəldediciliyi onun sadəliyində, əlverişli olmasında, aşağı risklə müşayiət olunmasındadır. Mövcud mövqeyi ilə razı olan iri səna- ye müəssisələrində mövcud texnologiya və məhdud artım mən- fəəti əvvəlki illərdə arzu olunan səviyyədə təmin etdikdə, dəyişik- liklərə bir o qədər də meyilli olmayan ali rəhbərlər bu strategiya- ya üstünlük verirlər.
Əgər təşkilatın qısa və orta dövr üçün məqsədləri hər il əv- vəlki nəticələrdən yüksəkdirsə, bu o deməkdir ki, onun fəaliyyəti artım strategiyası üzərində qurulmuşdur. Bu strategiya sürətli tex- noloji yeniliklər və dinamik inkişaf edən sahələrdə tətbiq olunur. Bazarda durgunluq baş verən zaman diversifikasiyaya meylli me- necment əksər hallarda artım strategiyasına üstünlük verir. Da- yanıqsız sahədə artımın yoxluğu müflisləşməyə, statik sahədə ar- tımın olmaması isə bazarın passivləşməsinə və mənfəətin itiril- məsinə səbəb ola bilər. Gəlir üçün qısamüddətli artıma cəhd edil- məsi bəzi hallarda uzunmüddətli fəaliyyətdə müflisləşməyə səbəb olur.
Artımı daxili və xarici olmaqla ikiyə ayırmaq olar. Daxili ar- tım məhsul çeşidinin artırılması vasitəsi ilə mümkün ola bilər. Xarici artım isə oxşar, eləcə də əlaqəli sahələrdə şaquli və ya üfuqi artım şəklində baş verə bilər. Əksər hallarda artım konqlo- meratlara və təşkilatların birləşməsinə gətirib çıxarır.
İxtisar strategiyasına üstünlük verən firma rəhbərləri, onun məqsədlərini əvvəlki illər üzrə olan nəticələrə nisbətən aşağı sə- viyyədə təyin edirlər. Bir çox hallarda son vasitə strategiyası he- sab edilən bu strategiyaya fəaliyyətin yenidən təşkili və səmərəli- liyin artırılması kimi baxılır. İxtisar aşağıdakı şəkildə həyata keçi- rilə bilər: ləğvetmə, ixtisar və yenidən istiqamət götürmək.
Ləğvetmənin köklü şəkildə həyata keçirilməsi bütün material ehtiyatları və aktivlərin tam satılmasıdır. Bir çox hallarda bəzi bölmələrin və yaxud fəaliyyət növlərinin şirkətdən ayrılması daha məqsədəuyğun olur. İqtisadi durğunluq zamanı fəaliyyətin qis- mən ixtisar edilməsi əməliyyatların daha optimal və səmərəli ida- rə edilməsinə səbəb olur ki, bu da uğurlu fəaliyyəti təmin edir. Belə ixtisar yenidən istiqamət götürməklə mənfəət üçün şərait ya- radır. İxtisar strategiyası, adətən iqtisadi böhranlar, eləcə də təş- kilatın iqtisadi və sosial göstəricilərinin lazımi səviyyədə olmadı- ğı hallarda həyata keçirilir.
Birləşdirmə strategiyası məhdud artım, artım və ixtisar stra- tegiyalarının hər birindən istifadənin əlaqələndirilməsini nəzərdə tutur. Bu strategiyanı həyata keçirən təşkilatlar adətən nəhəng və bir çox sahələrdə geniş fəaliyyət göstərən təşkilatlardır.