Strateji idarəetmə və planlaşdırma modellərinin qısa xarakteristikası
Adları
|
Qısa xarakteristikası
|
«Bazarın – bazar payının artırılması tempi» tipli modeli (BCG modeli)
|
Firmanın vəziyyəti bazarda fəaliyyət
göstərən bütün qalan təşkilatlara nisbətən mövqeləşir
|
«Bazarın (sahənin) cəlbediciliyi – şirkətin rəqabətqabiliyyəti» tipli mo- deli (GE/Mckinsey, Shell/DPM) modeli
|
Firmanın vəziyyəti bazarda onun güclü tərəflərinin nisbi qiymətləndirilməsini və həmin bazarın perspektivinin nisbi
qiymətləndirilməsilə əlaqələndirərək mövqeləşir
|
«Bazarın (məhsulun həyat tsiklinin) təkamül mərhələsi – şirkətin rəqib vəziyyəti» tipli model (Xofer- Şendel, ADL modeli)
|
Firmanın vəziyyəti bazarın təkamül mərhələsindən (yaxud məhsulun həyat tsikli mərhələsindən) asılı olaraq rəqib-
lərə nisbətən onun mövqeyinin qiymət- ləndirilməsi nəticəsində müəyyən edilir
|
Cədvəldə qeyd edilən modelləri xarakterizə edərkən, onu qeyd etmək olar ki, BCG modeli “Boston Consulting Group” Boston Konsaltinq şirkətinin mütəxəssisləri tərəfindən aparılan tədqiqat işinin məntiqi tamamlanması sayılır. Səkkiz sənaye sahəsinin 24 əsas məhsul növləri istehsal edən müxtəlif şirkətlərin fəaliyyətinin öyrənilməsi prosesində belə empirik faktı müəyyən- ləşmişdi ki, istehsal həcmini 2 dəfə artırarkən məhsul vahidinin istehsalına dəyişən xərclər 10-30 faiz azalır. Həmçinin müəyyən
edilmişdir ki, istənilən bazar seqmentində bu meyl müşahidə olu- nur. Bu fakt belə bir nəticə çıxarmağa əsas verir ki, dəyişən xərc- lər işgüzar müvəffəqiyyətin əsas amillərindən biridir və bir şirkə- tin digər şirkətlə müqayisədə rəqabət üstünlüyünü müəyyən edir.
BCG modelində əsas diqqət firmanın pul axınlarına və yaxud ayrı-ayrı biznes əməliyyatlarının fəaliyyətinə yönəldilir.
Bazarı öyrənərkən, rəqabət mübarizəsində mövqe seçərkən firmanın məhsul və xidmətlərinə tələbin səviyyəsini müəyyənləş- dirmək üçün «Boston məsləhət qrupunun matrisasından» istifadə etmək məqsədəuyğundur. Firmanın perspektivlərini araşdırmaq üçün üfüqi istiqamətdə «satış həcminin artımı» və şaquli istiqa- mətdə «bazar payı» göstəricisindən istifadə olunur. Boston məs- ləhət qrupunun matrisası şəkil 2.8-də təsvir olunmuşdur. Bu matrisaya görə:
«ulduz» statusuna malik olan məhsullara tələbin və bazar payının çox olduğuna görə onları qorumaq və möhkəmləndirmək lazımdır;
«sağmal inəklər» tipli məhsul və bazardan daxil olan gəlirlər «dəli pişiklər» və «ulduzlara» sərf edilməlidir («sağılan inəklərdən» çıxan ox işarələri bunu göstərir);
imkan daxilində «itlərdən azad olmaq lazımdır»;
- «dəli pişiklərə» sərmayəni artırmaqla, onları «ulduzlara» çe- virmək lazımdır.
Cədvəl 2.4-də mebel fabrikinin istehsal etdiyi məhsulların bazar payı və satış həcminin artması göstərilmişdir. Bu məlumat- lar əsasında Boston məsləhətçi qrupunun matrisasından istifadə etməklə hər məhsul üzrə rəqabət mübarizəsində mövqeyini müəy- yən etmək olar.
Dostları ilə paylaş: |