Haqsız və ya qeyri-xoş məramlı rəqabət. Əmtəə istehsalçı- ları arasında kəskin mübarizə şəraitində rəqabət qaydaları və normalarının pozulması kimi nisbətən geniş yayılmış üsul və metodlardan istifadə olunur. Bu da iqtisadi ədəbiyyatda və prakti- kada haqsız və ya qeyri-xoş məramlı rəqabət adlandırılır. Prakti- kada haqsız rəqabəti xarakterizə edən ən başlıca cəhətlər aşağıda- kılardan ibarətdir:
dempinq qaydalarının tətbiqi, yəni məhsulun satışı zamanı qiymətlərin bilərəkdən maya dəyərindən aşağı müəyyənləşdiril- məsi;
rəqabət aparan digər firmaların fəaliyyətinə aparıcı firmanın nəzarət imkanları;
məhsulların göndərilməsi və daşınması ilə bağlı standartla- rın pozulması.
Rəqabət qabiliyyətinin vahid, universal, ümumi qəbul olun- muş tərifi yoxdur. Adətən rəqabət qabiliyyəti altında ölkənin, sahənin, təsərrüfat vahidinin qarşıya qoyulan iqtisadi məqsəd- lərinin (rəqabət bazarında mövqelərin möhkəmləndirilməsi və ya onların qazanılması) əldə olunmasında rəqibləri öndə olması başa düşülür. Başqa sözlə, rəqabət qabiliyyəti – iqtisadi, sosial, siyasi amillərlə şərtləndirilən ölkənin, onun iqtisadiyyatının, mal isteh- salçılarının daxili və xarici bazarda vəziyyəti deməkdir.
Milli iqtisadiyyatın idarəetmə səviyyələri üzrə rəqabət qabi- liyyətinin həyata keçirilməsini sxem şəklində aşağıdakı kimi təs- vir etmək olar (şəkil 3.2).