Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə50/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 3.2. Milli iqtisadiyyatın idarəedilməsinin müxtəlif iyerxiyalarında rəqabət qabiliyyətliliyinin həyata keçirilməsi

Milli iqtisadiyyatın rəqabət qabiliyyəti dedikdə, ölkənin icti- mai və dövlət quruluşu sisteminin rəqabət qabiliyyəti, milli iqtisadiyyatın dinamik inkişafı, dövlətin dünya standartlarından


geri qalmayan cəmiyyət üzvlərinin maddi rifah səviyyəsini təmin etmək qabiliyyəti nəzərdə tutulur.
Sahənin (sahələr kompleksinin) rəqabət qabiliyyəti yüksək keyfiyyətli məhsulların istehsalına imkan verən müəyyən rəqabət üstünlüklərinin olması ilə şərtlənir.
Sahənin rəqabət qabiliyyəti aşağıdakıları nəzərdə tutur:

  • səmərəli sahəvi quruluş;

  • sahənin digər müəssisələrini öz səviyyəsinə qaldıra bilən yüksək rəqabət qabiliyyətli firma – liderlər qrupu;

  • sazlanmış təcrübi-konstruktor, qabaqcıl istehsalat-texno- loji bazanın, inkişaf etmiş sahəvi infrastrukturun olması;

  • sahə və ölkə daxilində, eləcə də onun xaricində olan digər sahələrlə çevik elmi-texniki, istehsalat, maddi-texniki kommersiya əməkdaşlığı sistemi.

Müəssisənin (firmanın) rəqabət qabiliyyəti – rəqabətli bazar şəraitində səmərəli təsərrüfat fəaliyyətinin və mənfəətli satışın tə- min olunması deməkdir. Rəqabət qabiliyyəti göstəricisi hər bir müəssisə üçün onun bütün bölmə və xidmətlərinin işlərini özündə əks etdirən güzgüdür. Xarici bazara rəqabət qabiliyyətli mallarla çıxmaq – müəssisənin bazarı ələ alması və orada möhkəmlənməsi sahəsində ilkin məqamdır. Bundan sonra malların rəqabət qabiliy- yətlərinin idarə olunması üzrə böyük, vacib iş başlayır.
Rəqabət qabiliyyətinin idarə olunması – məhsulun daima tək- milləşdirilməsi, mütəmadi olaraq onun yeni satış kanallarının, ye- ni alıcı qruplarının axtarılması, servis xidmətinin, reklamın yaxşı- laşdırılması üzrə tədbirlər məcmusudur.
Malın rəqabət qabiliyyət – alıcının konkret tələbatını ödəyən malın keyfiyyət və dəyər (qiymət) xarakteristikalarının məcmusu- dur. Lazımi istehlak dəyərinə malik olan mal nəinki nəzərdə tutul- muş miqdarda və vaxtda istehlakçıya çatdırılmalı, həm də onun dün- ya təcrübəsində mövcud olan servis xidmətinə zəmanət olmalıdır.
Malın rəqabət qabiliyyətini açıqlayan əsas xarakteristikalar aşağıdakılardan ibarətdir:

    • malın keyfiyyəti və istehlak dəyərliliyi, yəni onun ödədiyi tələbatın dərəcəsi və diapazonu;

  • malın dəyəri;

  • malın istehlak olunma qiyməti;

  • texniki xidmətin keyfiyyəti s.

Rəqabət qabiliyyətliliyin əməli (operativ) olaraq idarə edil- məsi bazarın vəziyətini, tələbin cari dəyişməsini, bazarın meylini, ehtiyacını, tələbini öyrənmək və onun cəld həllindən ibarətdir.
Rəqabətin hərəkətverici qüvvələrinin təsnifatı 3.3 saylı şəkil- də verilmişdir.
M.Porter müəssisənin rəqabət qabiliyyətliliyini bir-biri ilə qarşılıqlı təsirdə və asılılıqda olan aşağıdakı amillərlə müəyyən etmişdir:

  • istehsal amilləri şəraiti ilə;

  • tələb şəraiti ilə;

  • xidmət və ona yaxın olan sahələrin vəziyyəti;

* konkret situasiyaya uyğun firmanın strategiyası ilə.
Rəqiblərin təhlilinin əsas diaqnostik elementləri M.Porterə görə aşağıdakılardır:

  • rəqiblərin gələcək məqsədlərinin təhlili;

  • rəqiblərin qüvvədə olan strategiyalarının qiymətləndirilmsi;

  • fəaliyyət sahəsi və rəqiblər baxımından firmanın şəraitinin xülasəsi;

  • rəqiblərin zəif güclü cəhətlərinin öyrənilməsi.

Sosial davranış amilləri – cəmiyyətin dəyişən gözləntiləri, münasibət və əxlaqından ibarətdir. Bu sahədə aşağıdakıları müm- kün amillər hesab etmək olar:

  • cəmiyyətin əksəriyyətinin sahibkarlığa münasibəti;

  • cəmiyyətdə azlıqların qadınların rolu;

  • menecerlərin sosial vəziyyətlərinin dəyişməsi;

  • istehlakçı maraqlarının müdafiəsi.







Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin