Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə53/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 3.5. Sahə iqtisadiyyatının strukturunda diversifikasiyanın yeri

Müəssisənin ölçülərindən və tiplərindən asılı olaraq üfüqi, şa- quli və konqlomerat diversifikasiya növləri tətbiq edilir. Onlar fə- aliyyət istiqamətinin tam dəyişdirilməsi, iqtisadi cəhətdən əlve- rişli istehsal proseslərinin mənimsənilməsi, bazara, marketinqə və texnologiyaya hədəflənən strategiyanın seçilməsinə və həyata ke- çirilməsinə təminat yaradır (şəkil 3.6).


Diversifikasiyanın elementləri arasında sıx əlaqə mövcuddur. Bu əlaqə birbaşa, üfüqi və əks inteqrasiya şəraitində formalaşır. Həmin əlaqələrin əsasını müəssisənin fasiləsiz olaraq xammalla, yarımfabrikatla və avadanlıqla təchizatı, satış kanalları, nəqliyyat sistemi, marketinq fəaliyyəti, servis xidməti, maliyyə təminatı, elmi-tədqiqat və layihə konstruktor işləri, mövcud və rəqabətdə iştirak edən məhsullar və sairə təşkil edir (şəkil 3.7).





Şəkil 3.6. Müəssisənin ölçülərindən və tiplərindən asılı olaraq təcrübədə geniş tətbiq edilən istehsalın diversifikasiyası növlərinin qarşılıqlı əlaqəsi

Şəkil 3.7. Diversifikasiyanın elementləri arasında qarşılıqlı əlaqə

İstehsalın diversifikasiyası nəticə etibarilə müəssisənin re- strukturizasiya prosesini sürətləndirir. Bu zaman müxtəlif metodlardan istifadə etməklə gözlənilən riskin, layihələrin səmə- rəliliyinin, diversifikasiya səviyyəsinin qiymətləndirilməsi aparı- lır, onun nəticəsində müvafiq investisiya strategiyası işlənilir, fəaliyyət nəticəsində əldə edilən gəlirlərin investorlara və sahib- karlara ötürülməsi prosesi həyata keçirilir (şəkil 3.8).



Şəkil 3.8. İstehsalın diversifikasiyası əsasında müəssisələrin restrukturizasiya prosesinin prinsipial sxemi

Müasir bazar iqtisadiyyatı şəraitində müəssisələrin üzləşdiyi əksər proboblemlər məhz xarici mühitlə bağlılıqdan irəli gəlir. Buna görə də müasir tipli müəssisənin səmərəli idarə edilməsində diversifikasiya strategiyasına üstünlük verilir.


Bazar təsisatlarının təkmilləşdiyi müasir mərhələdə isə əksər müəssisələr üçün daha adekvat diversifikasiya strategiyası çıxış edir.
Müəssisədə diversifikasiya strategiyası dörd ayrıca təşkilati səviyyədə formalaşdırılır.
Birinci səviyyədə müəssisənin və ona daxil olan biznes xətlə- rinin strategiyası işlənir.
İkinci səviyyədə müəssisəni diversifikasiya edən hər bir biz- nes növü üzrə ayrılıqda strategiya işlənir. Bunu biznes strategiya adlandırmaq olar.
Üçüncü səviyyədə funksional strategiya hazırlanır. Burada biznesin daxilində hər bir funksional xidməti – istehsal, marke- tinq, maliyyə və s. əhatə edən strategiya işlənir.
Dördüncü səviyyədə əsas işçi bölmələri üçün dar çərçivədə operativ strategiya formalaşdırılır.
Bununla belə, qeyd olunmalıdır ki, bir fəaliyyət sferalı müəs- sisələrdə diversifikasiya strategiyası iyerarxiyası yalnız üç səviy- yəli – biznes strategiyası, funksional strategiya və operativ strate- giya qismində olur.
Əksər istehsalçılar üçün inkişafın daxili formasını üstün tutan ixtisaslaşmaya və ya hakim səlahiyyətə əsaslanan diversifikasiya strategiyası özünü doğrultmuşdur.
Diversifikasiya rəqabətlə mübarizə üsullarından biridir. Di- versifikasiya strategiyası firmanı cari məhsul və xidmət istehsa- lından əlavə biznes fəaliyyətinə istiqamətləndirir.
Diversifikasiya strategiyası işlənərkən aşağıdakı meyarlara üstünlük verilir:

Diversifikasiyanın üstünlüklərinə aşağıdakılar daxildir:

  • satış bazarlarının genişləndirilməsi;

  • sərbəst resursların sərfəli formada yenidən bölüşdürülməsi;

  • müflisləşmə riskinin azaldılması;

  • çeviklik və uyğunlaşma səviyyəsinin yüksəkldilməsi;

  • müəssisənin mövcud istehsal gücündən tam istifadə edilməsi; Diversifikasiya strategiyasının işlənilməsi zərurəti müəssisə üçün güclü rəqiblərin mövcudluğu, məhsula olan tələbatın aşağı düşməsi və mənfəətin azaldığı şəraitdə yaranır. Belə strategiyanın əsasında müəssisənin fəaliyyətində aşağıdakıların dəyişilməsi ideyası dayanır: məhsullar, satış kanalları, fəaliyyət sferaları və

kompaniyanın sahədəki vəziyyəti.
Müəssisədə diversifikasiya prosesi həyata keçirilərkən, vergi planlaşdırılmasına da yenidən baxılmalıdır. Onun özəyində vergi ödəyicisinin müvafiq qanunvericilkdə nəzərdə tutulan vergi re- jimləri əsasında vergi öhdəliklərinin optimallaşdırılması dayanır. Müəssisədə diversifikasiya strategiyası həyata keçiriləndə isə bu istiqamətdə mümkün olan risklər öncədən hesablanmalıdır. Belə
risklər daha çox diversifikasiya prosesinin nəticələrilə bağlı xarici iqtisadi fəaliyyətin genişləndirilməsi zamanı meydana gəlir. Ona görə də müəssisənin diversifikasiyası ölkə sərhədlərini aşanda, qarşı tərəfin mövcud vergi qanunvericiliyinin öyrənilməsi zərurəti yaranır. Bütün bu lazımi məlumatlar əsasında müəssisədə aktivlə- rin səmərəli yerləşdirilməsi və digər istehsal-maliyyə axınları ilə əlaqədar vergi optimallaşması üzrə də əlahiddə strategiya qurulur.
Vergi planlaşdırılmasında müəssisədə aparılan uçot siyasəti də əhəmiyyət daşıyır. Burada istehsal renovasiyası üçün məqbul olan optimal amortizasiya taktikası seçilir və rentabellik baxımın- dan hər bir istehsal amilinin müvafiq vergi yükü hesablanır. Digər tərəfdən qeyd olunmalıdır ki, müəssisənin diversifikasiya strate- giyası iqtisadi artımla müşayiət olunduğundan, onun ölkə və re- gional inkişafa təsiri də mühümdür. Belə ki, müəssisənin diver- sifikasiya strategiyası mənfəətin maksimallaşdırılmasına xidmət etdiyindən, müvafiq olaraq, onun büdcə daxilolmalarının artma- sına da təsir edir. Bu proses müəssisələrdə, heç şübhəsiz, vergi ödəmələrinin həcminin genişlənməsi ilə müşayiət olunur. Əlbəttə, offşor zonada qeydiyyatda olan müəssisələr üçün bu fərq görün- məsə də, əksər müəssisələrdə diversifikasiya effekti vergi bazası- nın genişlənməsinə gətirir. Bu sferada isə ən çox genişlənmə mənfəət vergisilə bağlı olur. Belə ki, strategiyanın reallaşması nə- ticəsində diversifikasiya ilə vergi bazası arasında nisbət asılılığı yaranır. Daha dəqiq isə diversifikasiya effekti nə qədərdirsə, bir o qədər də müvafiq büdcə gəliri genişlənir. Ona görə də, mülkiyyət formasından asılı olmayaraq dövlət, regional və yerli idarəetmə orqanları müəssisədə diversifikasiyanın genişlənməsində maraqlı olmalı, mümkün olduqca tənzimləyici və stimullaşdırıcı resursları ilə prosesin irəliləməsinə köməklik göstərilməlidirlər. Diversifi- kasiyanı həyata keçirən tərəf isə uğurlu vergi planlaşdırılmasını təmin etməlidir.

    1. Yüklə 3,22 Mb.

      Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin