Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə55/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 3.9. İnvestisiya fəaliyyətinin yeniləşmə prosesi İnvestisiya strategiyası müvafiq siyasətə söykənməli və sahə
xüsusiyyəti baxımından onun əsas elementlərinə aşağıdakıları aid etmək məqsədə müvafiqdir:

  • müəssisənin baş (əsas) strategiyasının müəyyən edilməsi;

  • investisiya fəaliyyətinin planlaşdırılması;

  • investisiya proqramlarının müqayisəli təhlili onlardan optimal olanının seçilməsi;

  • investisiya fəaliyyətinin resurs təminatı;

  • müəssisənin iqtisadi investisiya fəaliyyətinin təhlili;

  • bazar konyukturunun proqnozlaşdırılması investisiya prioritetlərinin müəyyən edilməsi; müvafiq proqramın və ya biznes planın tərtib edilməsi.

Həmin elementlər nəzərə alınmaqla, investisiya fəaliyyətinin
təşkili və idarə edilməsinə həsr edilmiş yerli və xarici ölkə alimlə- rinin əsərlərindən bəhrələnərək sənaye müəssisələrində investisi- ya siyasətinin formalaşmasının alqoritmini aşağıdakı kimi təsvir etmək olar (şəkil 3.10).



Şəkil 3.10. Sənaye müəssisələrinin investisiya siyasətinin formalaşması alqoritmi
Məsələn, həmin alqoritmin Azərbaycanın mövcud neft-qaz emalı zavodlarında və kimya müəssisələrində istifadə olunması bütünlükdə neft emalı və neft-kimya sənayesində real investisiya siyasətini formalaşdırmaqda metodiki alət kimi çıxış etmiş olardı. İnvestisiya siyasətinin məhz həmin müəssisələrin qarşılıqlı əlaqəsi əsasında formalaşması ilk növbədə onların istehsal güc- lərinin artırılmasına, kimya müəssisələrinin xammal təchizatçısı kimi, neft-qaz emalı zavodlarının fəaliyyətlərinin genişləndiril- məsinə təminat yaratmış olardı. Lakin həmin fəaliyyətin ilk növ- bədə sənayenin inkişafına dair müvafiq Dövlət Proqramı çərçivə-
sində həyata keçirilməsi daha yüksək nəticələr verə bilər.
İnvestisiya siyasəti ilk növbədə ölkədaxili tələbatın ödənilmə- sinə yönəldilməli üstünlük elə sahəyə verilməlidir ki, orada isteh- salı son məhsula çatdırmaq meyli gücləndirilsin, istehsal edilən məhsulların xammal kimi deyil, son məhsul kimi satılmasına real şərait yaradılsın. Bu zaman strateji məqsəd müəssisənin missiyası ilə qarşılıqlı əlaqədə olmalı və maksimum mənfəət əldə etmək imkanı yaranmalıdır. Bu isə, müəssisənin ümumi və struktur siya- sətini formalaşdırmış olacaqdır. Sənaye müəssisələrində «maksi- mum mənfəət» məqsədini təmin edən struktur siyasətinin prinsi- pial sxemini aşağıdakı kimi formalaşdırmaq olar (şəkil 3.11).
Bazar iqtisadiyyatının kəskin tələblərinə tab gətirməyən müəssisələr böhranla rastlaşır və rəqabət mübarizəsinin yekunun- da ləğv olunurlar. Statistik məlumatlara görə təkcə 2015-ci ildə 504 müəssisə qeyd edilən səbəblərdən ləğv edilmişdir ki, onların da 36 vahidi sənaye və tikinti təyinatlıdır. Həmin müəssisələrin 402 vahidi xüsusi mülkiyyətdə olanlardır.


Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin