Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


İnvestisiya strategiyasının məzmunu



Yüklə 3,22 Mb.
səhifə54/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

İnvestisiya strategiyasının məzmunu


«İnvestisiya» məfhumu latın sözü olub, «invest» kimi işlən- miş «yönəltmək», «qoymaq» mənasını daşıyır. Bu termin üzrə müxtəlif yanaşmalar mövcuddur. Lakin onların içərisində inves- tisiya – kapitalın artımına imkan verən hər hansı vəsait qoyuluşu



  • tərifinə üstünlük verilir. Uzun illər mövcud iqtisadi ədəbiyyat- larda «investisiya» termini «kapital qoyuluşu» termini ilə eynilik təşkil etmişdir. Bu baxımdan, investisiya əsas fondların təkrar is- tehsalına yönəldilmiş və sair qoyuluşu kimi şərh edilir. Lakin bu fikirlə tam razılaşmaq olmaz, çünki investisiya dövriyyə aktivlə- rinə, müxtəlif maliyyə alətlərinə, ayrı-ayrı qeyri-maddi aktivlərə yönəldilə bilər. Odur ki, kapital qoyuluşu məfhumu daha bir mə- na daşıyır və investisiyaların formalarından biri kimi baxıla bilər.

«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası- nın qüvvədə olan qanununda və Böyük İqtisadi Ensiklopediyada qeyd edilir ki, investisiya – gəlir (mənfəət) və ya sosial səmərə əldə etmək məqsədilə sahibkarlıq və digər fəaliyyət növləri obyektlərinə qoyulan maliyyə vəsaitindən, habelə maddi və intel- lektual sərvətlərdən ibarətdir. Belə vəsait və sərvətlər aşağıdakı- lardır: pul vəsaiti, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və digər qiymətli kağızlar; daşınmaz əmlak (binalar, qur- ğular, avadanlıq və başqa maddi sərvətlər); müvafiq qaydada rəs- miləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər; bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan ancaq patentləş- dirilməmiş, texniki sənədləşdirmə, vərdiş və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu («non-hau»); torpaqdan, sudan və digər ehti- yatlardan, binalardan, qurğulardan, avadanlıqdan istifadə hüquq- ları, habelə müəlliflik hüququndan irəli gələn və başqa əmlak hü- quqları; başqa sərvətlər.
İnvestisiya menecmentinin təşkili çərçivəsində «investisiya- laşdırma» və «maliyyələşdirmə» məfhumlarını da qarışıq salmaq olmaz. Belə ki, «investisiyalaşdırma» - pul və digər vəsaitlərin qoyuluşu prosesidir, «maliyyələşdirmə» isə müəssisənin bütün
fəaliyyətinin kapitalla təmin edilməsi üzrə bütün tədbirlərin icra xərclərinin ödənilməsinin məcmusudur. Y.V.Kuznetsovanın re- daktəsi ilə yazılmış əsərdə qeyd edilir ki, «maliyyələşdirmə – müəssisənin əsas və dövriyyə fondlarının alınması üçün cəlb edi- lən zəruri kapitalıdır, başqa sözlə, müəssisənin kapitala olan tələ- batının ödənilməsidir». Menecment təcrübəsində planlaşdırma, təhlil və uçot məqsədilə investisiyalar aşağıdakı əlamətlərinə görə təsnifləşdirilir:

  • vəsaitin yönəldiyi obyektlər üzrə (real və maliyyə);

  • investisiyalaşdırmada iştirak xarakterinə görə (birbaşa və dolayı);

  • investisiyalaşdırma dövrü üzrə (qısamüddətli və uzunmüd- dətli);

  • investisiya resurslarının mülkiyyət formaları üzrə (xüsusi, dövlət, xarici müştərək);

  • regional əlamətləri üzrə (ölkədaxili xarici).

Sənaye müəssisələrində investisiya fəaliyyətinin idarə edilmə- si probleminə həsr edilmiş digər ədəbiyyatlarda investisiyalar aşağıdakı kimi təsnifləşdirilmişdir:

    • maliyyələşdirmə mənbələri üzrə (dövlət, bələdiyyə, sahə, şəxsi, qarışıq);

    • investisiya obyektlərinin məzmunu üzrə (birbaşa, portfel, intel- lektual, alternativ);

    • investisiyaların istiqaməti üzrə (ilkin, ekstensiv, effektiv, reinves- tisiya, brutto);

    • qoyulmuş kapitalın keyfiyyəti üzrə (maddi, maliyyə qeyri- maddi);

    • kapitalın qoyuluş sferası üzrə (istehsalat, sosial, ekoloji);

    • kapital qoyuluşunun obyektləri üzrə (yeni əsaslı tikinti, yeni- dənqurma, əsaslı təsir, istehsalat aparatının yeniləşməsi);

    • kapital qoyuluşunun müddəti üzrə (uzunmüddətlii, ortamüddətli qısamüddətli);

    • seçilmiş investisiya strategiyasından asılı olaraq (passiv, aktiv);

    • investisiyaların qarşılıqlı əlaqə xarakteri üzrə (asılı, asılı olma- yan, alternativ);

    • investisiyaların qoyuluşu subyektləri üzrə (fiziki şəxslər, hüquqi şəxslər, yerli investorlar xarici investorlar).

Bütünlükdə, müəssisənin investisiya fəaliyyəti daim yeniləşən prosesdir, onun formalaşması çox mühüm və mürəkkəb məsələ olduğundan həllinə də sistemli yanaşmaq lazımdır. Bu baxımdan, investisiya fəaliyyətinin yeniləşmə prosesini sxem şəklində aşağı- dakı kimi təsvir etmək olar (şəkil 3.9).

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin