Daxili mühitin təhlili
Mövcud ədəbiyyatlarda müəssisənin daxili mühitinin qiymət- ləndirilməsi üzrə birmənalı fikir yoxdur. Əksər hallarda daxili mühitin təhlili zamanı aşağıdakı dəyişənlər fərqləndirilir: kadrlar, texnologiya, material resursları, firmanın olduğu yer, təşkilati struktur, menecment, istehsal, marketinq, maliyyə təşkilati mədə- niyyət və s.
Təcrübədə daxili mühiti təhlil edərkən, aşağıdakı istiqamətlər və ya funksional zonalar diqqət mərkəzində saxlanılır:
firmanın heyəti və onun ixtisas səviyyəsi;
firmanın potensialı;
marketinq;
istehsalat (texnologiya);
elmi-tədqiqat layihə-konstruktor işləri (ETLKİ);
maliyyə;
menecmentin təşkili.
Firmanın heyəti və onun ixtisas səviyyəsi. Firmalarda heyət adətən iki qrupa bölünür: idarə edənlər və idarə olunanlar.
İdarə edənlərə xətti rəhbərlik və idarə aparatının işçiləri daxil-
dir.
İdarə olunanlar firmanın istehsal və xidmət sahələrində çalı-
şan əsas və köməkçi fəhlələr, xidmət bölmələrinin işçiləridir.
Hər bir müəssisədə kadrların seçilməsi, öyrədilməsi və yeni- dən hazırlanması prosesi gedir. Kadlların hazırlıq prosesi mərhə- lələrlə, həm fəhlələrin, həm də idarəetmə işçilərinin (əsasən me- necerlərin) hazırlanmaları ilə bağlıdır. Ümumiyyətlə, personal de- dikdə, ali və orta səviyyə rəhbərləri ilə yanaşı, texniki səviyyə rəhbərləri də nəzərdə tutulur və heç bir işçi diqqətdən kənarda qalmır. Çünki ali və orta səviyyədəki vəzifə sahiblərinin verdiyi
qərarlar texniki səviyyə işçiləri tərəfindən yerinə yetirilir və onlar bilavasitə fəhlələrlə ünsiyyətdə olurlar.
Dostları ilə paylaş: |