Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə65/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   61   62   63   64   65   66   67   68   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Menecmentin təşkili. Firmada əsas diqqət idarəetmənin çevikliyinə, təşkilati struktur tipinin seçilməsinə və onun forma- laşan strategiyaya uyğunluğuna, rəhbər işçinin iş üslubunun qiy-
mətləndirilməsinə, müəssisədə sağlam mühitin və səfərbərliyin qiymətləndirilməsinə, kommunikasiya və motivasiya sisteminin və bütünlükdə menecmentin səmərəli təşkilinə yönəldilməlidir.
Vəzifələrin bölgüsü – əməyin bölgüsü və kooperasiyası prin- sipinə uyğun aparılmalı, şaquli və üfüqi istiqamətlərdə aşağıdakı- lara diqqət yetirilməlidir:
Şaquli istiqamət – ali səviyyədən texniki səviyyəyə qədər və- zifə, cavabdehlik, asılılıq münasibətlərinin qurulması işinə xidmət edir.
Üfüqi istiqamət – eyni səviyyədə olan vəzifə sahiblərinin, bir- birlərindən asılı olmayan vəzifələrdə yerləşdirilməsidir. Burada tabeçilik yoxdur, yalnız texnologiya və icra ilə bağlı əlaqələr mövcuddur.
Şaquli və üfüqi əlaqələr idarəetmə şəbəkəsini əmələ gətirir ki, burada müəssisənin heç bir sahəsi nəzarətdən kənarda qalmır.
Vəzifələrin müəyyən edilməsi və icrası istehsalın quruluşu və ixtisaslaşma ilə qarşılıqlı surətdə bağlıdır. İdarəetmə səviyyələri- nin təşkil olunması, şaquli əlaqələrin qurulması yolu ilə, təsərrü- fatçılıq bölmələrinin yaradılması isə adətən üfüqi əlaqələrin təşkili yolu ilə həyata keçirilir.
    1. SWOT-təhlil metodu


Müəssisənin daxili mühitinin qiymətləndirilməsi (onun zəif və güclü cəhətlərinin müəyyən edilməsi), həmçinin xarici mühitin müəssisəyə verdiyi imkanların və yaratdığı təhlükələrin müəyyən edilməsi SWOT təhlili metodunun köməyi ilə aparılır.


SWOT-təhlil ingilis sözlərinin ilk hərfləri əsasında forma- laşmışdır. Burada S (stengths) – güclü tərəf, W – (weaknesses) – zəif tərəf, O – (opportunities) – imkanlar, T (threats) – təhlükə mənalarını özündə əks etdirir. Deməli, SWOT birləşməsini Azər- baycan dilində – GZİT kimi təsvir etmək olar. SWOT-təhlil 1960-cı ildə Edmund P. Learned, C. Roland Christensen, Kenneth
R. Andrews və William D. Book tərəfindən yazılmış “Business
Policy, Text and Cases” kitabında ilk dəfə adına rast gəlinir. Ken- neth R. Andrews 1963-cü ildə məhz strateji planlaşdırmanı bu təh- lil vasitəsilə aparmış və yüksək nəticələr əldə etmişdir. Yuxarıda qeyd edilənlər əsasında SWOT-təhlilin matritsasını aşağıdakı kimi təsvir etmək olar (şəkil 4.3).



Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin