Matrisdə əks olunan imkanlar şirkət üçün müxtəlif əhəmiyyət kəsb edirlər. 1, 2, 3 və 4 nömrəli sahələrə aid edilmiş imkanlar şirkət üçün çox əhəmiyyətli hesab olunur və onlardan mütləq istifadə edilməlidir. 6, 7, 8 və 9-cu sahələrə düşən imkanlar isə o qədər də əhəmiyyətli imkanlar hesab olunmur və onların istifadəsi şirkətin əlavə resursları olduğu halda reallaşdırılır.
Oxşar matris «təhlükələr»in qiymətləndirilməsi üçün də tərtib olnur. Belə matrisin sütunları təhlükənin şirkət üçün mümkün nəticələri üzrə, sətirləri isə təhlükənin reallaşma ehtimalı üzrə qurulur. Təhlükələrin başvermə ehtimalı və onların təsir dərəcə- ləri ekspert qiymətləri vasitəsilə müəyyən edilir. «Təhlükələr matrisi» aşağıdakı kimi tərtib olunur: