Şəkil 4.3. SWOT-təhlilin matrisası
SWOT-təhlili strateji menecmentdə ən səmərəli alətlərdən biridir. Daha geniş mənada SWOT-təhlilin mahiyyəti firmanın daxili və xarici amillərinin təhlili, məhsulun rəqabət qabiliyyəti- nin qiymətləndirilməsindən ibarətdir.
SWOT-təhlili nədir sualını aşağıdakı kimi cavablandırmaq olar:
SWOT-təhlil metodu strateji menecmentin universal metodikasıdır;
SWOT-təhlilin hədəfi istənilən məhsul, firma, təhsil müəs- sisəsi, zavod, mağaza, ölkə və hətta insan ola bilər.
SWOT-təhlilin aşağıdakı növləri mövcuddur:
şirkətin (firmanın) və ya istehsal müəssisəsinin fəaliyyətinin SWOT-təhlili;
dövlət və qeyri-kommersiya təşkilatın SWOT-təhlili;
təhsil müəssisəsinin fəaliyyətinin SWOT-təhlili;
müəyyən ərazinin (ölkə, iqtisadi rayon, ayrıca inzibati ra- yon, şəhər) SWOT-təhlili;
məqsədli investisiya və innovasiya layihələrinin, eləcə də biznes-planların tərtibatı, əsaslandırılması üzrə SWOT-təhlil;
müəyyən bazarın və ya sənaye sahəsinin, texnoparkın, sə- naye məhəlləsinin, aqroparkın, lizinqin və s. SWOT-təhlili;
brend məhsulun və ya xidmətin rəqabət qabiliyyətinin GZİT-təhlili;
şəxsiyyətin SWOT-təhlili.
SWOT-təhlilin üstünlüyü ondan ibarətdir ki, o, kifayət qədər sadə formada hər hansı bir firmanın, məhsulun (işin, xidmətin) möv- qeyini araşdırmağa imkan verir. Məhz buna görə də, SWOT-təhlil risklərin idarə edilməsi və idarəetmə qərarlarının qəbul edilməsi üçün ən məşhur vasitədir. Mütəxəssislər hesab edirlər ki, SWOT- təhlili ildə ən azı bir dəfə büdcənin formalaşmasında və strateji planlaşdırma çərçivəsində aparılması məqsədəuyğundur. Marketinq fəaliyyəti ilə məşğul olan mütəxəssislər SWOT-təhlili çox vaxt biznes təhlilin ilk addımı hesab edirlər. SWOT-təhlil biznesin optimal inkişaf yolunu seçməyə, təhlükələrdən yayınmağa və möv- cud olan bütün növ resurslardan səmərəli istifadəyə imkan yaradır.
Rəqabət mübarizəsində tab gətirməyən bir çox sahibkarlıq subyektləri adətən öz fəaliyyətlərinə xitam verirlər. Bunun başlıca səbəblərindən biri həmin subyektlərdə SWOT-təhlilin aparılması- dır. Bu sahədə uğur qazanmağın yollarından biri mütərəqqi prin- siplərə söykənərək məqsədlərin təyin edilməsi və təşkilati təhlilin aparılmasıdır (şəkil 4.4).
Şəkil 4.4-də görəcəksizki sahibkar firmalar – sistemlilik, komplekslilik, dinamik yanaşma və digər prinsipləri rəhbər tu- taraq aşağıdakı məqsədləri müəyyən etməlidir:
firmanın inkişaf imkanlarının güclü və zəif tərəflərinin öyrənilməsi;
uğur amillərinin aşkar edilməsi;
investisiya cəlbediciliyinin qiymətləndirilməsi;
idarəetmə strategiyasının, strukturunun və mexanizminin formalaşdırılması;
maliyyə vəziyyətinin xarakterizə edilməsi;
səmərəliliyin hesablanması.
Dostları ilə paylaş: |