İstehsalat(texnologiya). Hər bir firmanın işinin fasiləsiz- liyinin və səmərəliliyinin təmin edilməsinin əsas şərtlərindən biri müasir istehsal prosesinin və texnologiyasının təşkilidir. Bu ba- xımdan texnologiya maşın və avadanlıqların, qurğuların və işçi qüvvəsinin tətbiqilə icra edilən elə proseslərdir ki, onların vasitə- silə xammaldan hazır məhsullar istehsal olunur. Texnologiya qarşıya qoyulan məqsədə uyğun olaraq yaradılır. Texnologiya – personalın, avadanlıq və qurğuların köməyilə xammalın işlənib hazır məhsula çevrilməsi prosesidir.
Standartlaşdırma, mexanikləşdirmə və avtomatlaşdırma, kon- veyer xətti, eləcə də kompyuter və kommunikasiya şəbəkəsi tex- nologiyaya öz təsirini göstərir.
Elmi-tədqiqat və layihə-konstruktor işləri.Firma beynəl- xalq bazarda və rəqabət mübarizəsində öz mövqeyini qoruyub saxlamaq və dayanıqlı inkişafa nail olmaq üçün elmi nailiyyət- lərin istehsala mütəmadi olaraq tətbiqinə nail olmalıdır. Təcrübə göstərir ki, bu mühüm aspektə az diqqət yetirən firmalar qısa müddət ərzində daxili və xarici bazarda öz mövqeyini itirirlər.
ETLKİ-nin təhlili zamanı aşağıdakı aspektlərə diqqət yetiril- məlidir:
innovasiyapotensialı;
patentvəlisenziyalarlatəminat;
elmi-tədqiqatpotensialı;
istehsalgücləriningenişləndirilməsiimkanları.
Maliyyə. Firmanın maliyyə imkanlarının təhlili zamanı aşağı- dakı aspektlər nəzərə alınmalıdır: