Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə67/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Şəkil 4.4. Təşkilati təhlilin məqsədi, prinsipi və obyektləri
Yalnız bundan sonra təşkilati dəyişikliklər, aparılacaq ob- yektlər müəyyən edilməli və səmərəli idarəetmə sistemi yaradıl- malıdır.
SWOT-təhlili metodunun nəticələrindən maksimum səmərə ilə istifadə etmək və səhvlərə yol verməmək üçün aşağıdakı qaydalara riayət olunmalıdır:

  1. SWOT-təhlili metodunun tətbiq sahəsi dəqiq müəyyən edilməlidir;

  2. SWOT-təhlili metodunun elementləri – güclü cəhətlər, zəif cəhətlər, imkanlar və təhlükələr – arasındakı fərqləri dəqiq müəyyən etmək lazımdır. Güclü və zəif cəhətlər şirkətin daxili amilləridir, yəni şirkət onları idarə etmək iqtidarındadır. İmkan və təhlükələr isə şirkətin fəaliyyət mühitinin xarici hissəsinə aid olaraq onun uyğunlaşmalı və adekvat reaksiya verməli olduğu amillər qrupuna daxildirlər;

  3. Şirkətin güclü və zəif cəhətləri onun istiqamətləndiyi ba- zar nöqteyi-nəzərdən müəyyən edilməlidir. Eyni zamanda, bu cəhətlər əhəmiyyətlilik (bazar üçün) meyarı üzrə sıralanmalıdır;

  4. Metodun tərkib elementləri üzrə qiymətləndirmə aparar- kən obyektivliyi təmin etmək üçün bir mənbədən deyil, müxtəlif kanallardan daxil olan məlumatlardan istifadə olunmalı və onların səhihliyi dəqiqləşdirilməlidir. Bu metod rəhbərlərin mülahizələri əsasında deyil, obyektiv məlumatlar və aparılan tədqiqatlar nəticəsində alınmış məlumatlar əsasında aparılmalıdır;

  5. Təhlilin nəticələri dəqiq və mümkün qədər qısa ifadələrlə əks olunmalıdır.

SWOT-təhlili metodunun tətbiqi zamanı şirkətin daxili ele- mentləri olan güclü və zəif cəhətləri müxtəlif mövqelərdə yerləşdirilə bilər. Belə ki, bir alıcılar qrupu üçün güclü hesab oluna bilən cəhət digər alıcılar qrupu üçün zəif hesab oluna bilər. Şirkətin güclü və zəif cəhətləri aşağıdakı daxili elementlər üzrə qruplaşdırıla bilər:

    • əməliyyatlar: istehsal, təchizat və satışın təşkili;

    • heyət: istehsal, idarəetmə, elmi-tədqiqat sınaq-kon- struktor işləri, satış, təchizat, xidmət və başqa sahələrin işçilərinin ixtisas səviyyələri, əmək haqqı səviyyəsi, motivasiyası, şəraiti, kadrların axınlığı və s.;

    • menecment: idarəetmə strukturu texnologiyasının yaranmış şəraitdə səmərəlilik çeviklik səviyyəsi, restrukrturizasiya biznes-proseslərin reinjinirinqinin

zərurəti, onların reallaşdırılmasının mənfi və müsbət nəti- cələri üzrə proqnozlar s.;

    • şirkətin resursları: şirkətin insan və maliyyə ehtiyatlarının keyfiyyət kəmiyyət xarakteristikaları, onlardan çevik istifadə imkanlarının səviyyəsi s.

Şirkətin xarici mühitinə aid olan «imkanlar» və «təhlükələr» tədqiq edilərkən əsasən aşağıdakı xarici mühit amilləri tədqiq olunmalıdırlar:

  • siyasi mühit qanunvericilik: şirkətin riayət etməli olduğu qanunlar hökumətin digər normativ aktları;

  • ictimaiyyət (mədəniyyət) – istehlakçıların şirkətin qərarlarına təsir imkanları, şirkətin məhsulundan istifadə tərzi, məhsulun onlar üçün əhəmiyyətlilik dərəcəsi və s.;

  • texnologiyanın inkişafı: tələbatın ödənilməsi üçün yeni daha səmərəli istehsal texnologiyalarının yaranması;

  • iqtisadi vəziyət: şirkətin istehlakçılarının gəlir səviyyələri, in- flyasiyanın tələbata təsiri, iqtisadi artımın tələbata təsiri s.;

  • rəqabət: bazarda rəqabətin intensivliyi, bazarın rəqabət struk- turu s.

Şirkətin zəif və güclü cəhətləri, imkan və təhlükələr müəyyən edildikdən sonra onlar arasında əlaqələrin qurulması mərhələsi həyata keçirilməlidir. Həmin əlaqələrin qurulması üçün SWOT matrisi tərtib olunur. Matrisin sətirləri güclü və zəif cəhətləri, sü- tunları isə imkan və təhlükələr üzrə qurulur. Həticədə matrisdə 4 sahə əmələ gəlir. Matrisin sütunları ilə sətirlərinin kəsişmə nöqtələ- rində amillərin kombinasiyaları ekspertlər tərəfindən qiymətlən- dirilir və bu, təşkilatın davranış strategiyasını müəyyən etməyə im- kan verir. Aşağıda SWOT matrisinin nümunəvi variantını göstərək. Şirkətin «imkanlar»ının onun strategiyasına təsir dərəcəsini müəyyən etmək üçün «imkanlar matrisi» qurulur. Matrisin sütunları hər bir imkanın təsir dərəcəsinə görə (güclü, orta, zəif), sətirləri isə həmin imkanlardan istifadə edilməsi ehtimalına görə qurulur. İmkanlar ekspert qiymətləri əsasında qiymətləndirilərək matrisin sahələrində yerləşdirilir. «İmkanlar matrisi»nin nümu-
nəvi forması aşağıdakı kimidir:

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin