Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci
Şəkil 4.7. Müəssisənin «dəyər zənciri»nin əsas və köməkçi fəaliyyət növləri Şəkildən göründüyü kimi, hər iki fəaliyyət növü mənfəətə hədəflənir. Hər hansı firmanın fəaliyyəti o halda mənfəətli olur ki, onun yaratdığı dəyərin miqdarı bu dəyərin yaranmasına çəki- lən məsrəflərdən yüksək olsun. Rəqabət üstünlüyü də o halda əldə olunur ki, belə dəyərin yaradılması üçün müəssisə texnoloji və iqtisadi fəaliyyət növlərini daha aşağı məsrəflərlə həyata keçirir və yaxud müqayisə oluna biləcək məsrəflərlə həyata keçirilən həmin fəaliyyət növləri vasitəsilə daha yüksək istehlak dəyəri (diferensiasiya üzrə üstünlük) yarada bilir. Firmanın «dəyərlər zənciri»ni tam dərk etmək üçün aşağıdakı sualları dəqiq cavablandırmaq lazımdır: Müəssisə hansı rəqabət üstünlüyünü özü üçün əsas kimi qəbul edir (məsrəflər üzrə, diferensiasiya üzrə)? Zəncirin hər bir həlqəsində məsrəflərin formalaşması mexa- nizmi necədir və bu xərclər digər fəaliyyət növündəki xərclərə nə dərəcədə təsir göstərir? Əsas və köməkçi fəaliyyət növləri arasında əlaqələr ümumi məsrəflərin azalması və mənfəətin artmasına imkan yara- dırmı? «Dəyərlər zənciri» aralarında güclü əlaqələr olan və qarşılıqlı asılılıqda olan fəaliyyət növlərinin nəticələrinə bilavasitə və ya dolayı təsir göstərir. Bundan əlavə, fəaliyyət növlərinin hər hansı birində keyfiyyət və ya kəmiyyət dəyişikliyi digər növlərin də vəziyyətinə təsir göstərir. Dəyərlər zənciri müəssisənin daxili və xarici fəaliyyət növləri arasında strateji əlaqələri qiymətləndirmək üçün istifadə olunan əsas metodlardan biri kimi qəbul olunur. Bu əlaqələrin öyrənil- məsi müəssisənin strategiyasının hazırlanmasında və həyata keçi- rilməsində çox böyük əhəmiyyət kəsb edir. Bu metodun köməyi ilə müəssisənin məsrəflərinin strukturu müəyyən edilir, bu struk- turun rəqiblərin müvafiq strukturu ilə müqayisəsinə imkanlar yaranır və beləliklə, məsrəflər üzrə üstünlüklərin mənbələri müəyyən edilmiş olur. Müəssisənin dəyərlər zənciri öz növbəsində daha böyük bir sistemin – «dəyərlər sistemi» nin üzvü tərkib hissəsidir və həmin sistem aşağıdakıları özündə cəmləşdirir (şəkil 4.8). Yüklə 3,22 Mb. Dostları ilə paylaş: |