Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci



Yüklə 3,22 Mb.
səhifə52/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Diversifikasiya – latın sözü olub «diversus» və «facere» söz- lərindən əmələ gəlmiş «müxtəlif etmək» mənasını daşıyır. Başqa sözlə, diversifikasiya dəyişiklik, müxtəliflik mənasında, iqtisadi anlamında kapitalın təmərküzləşməsi, formalarından biri kimi məhsulun nomenklaturasının genişləndirilməsi, istehsalın bir-biri- lə əlaqəsi olmayan növlərinin eyni zamanda inkişafını səciyyə- ləndirir. Bununla yanaşı, diversifikasiya məfhumu iqtisadi ədəbiyyatlarda müxtəlif şəkildə şərh edilir. Onun çeşidin geniş- ləndirilməsi, müəssisələr tərəfindən buraxılan məhsul növünün dəyişməsi, səmərəliliyi artırmaq məqsədilə yeni istehsalların mə-
nimsənilməsi, iflasdan çıxmada iqtisadi faydaların alınması, itki riskinin azaldılması və yüksək gəlir əldə edilməsi istiqamətində iqtisadiyyata yönələn və ya kreditləşən pul kapitalının müxtəlif obyektlər arasında bölgüsü kimi çoxaspektli məzmunları da vardır. Başqa bir yanaşmada diversifikasiya kapitalın və investisi- yaların riskini azaltmaq üçün müxtəlif obyektlər arasında paylanması və yaxud müəssisə tərəfindən buraxılan məhsulun çeşidinin genişlənməsi, yeni istehsal sahələrinin yaradılması, müflisləşmənin qarşısının alınması yollarından biri kimi xarakte- rizə edilir. İqtisadi ədəbiyyatlarda diversifikasiyanın (şaxələn- dirmənin) müxtəlif tiplərini və növlərini fərqləndirirlər. Onun tip- lərinə əlaqəli, əlaqəsi olmayan, üfüqi, şaquli, qarışıq, beynəlxalq, konqlomerat, növlərinə isə istehsalın, risklərin, biznesin, iqtisa- diyyatın, fəaliyyətin şaxələndirilməsi daxildir (şəkil 3.4).


Şəkil 3.4. Diversifikasiyanın tipləri və növlərinin təsnifatı
Əlaqəli diversifikasiya biznesin mövcud sferaları (istehsal, marketinq, material təminatları, texnologiyalar və s.) ilə bağlı müəssisənin yeni fəaliyyət sahəsini əhatə edir və özü özlüyündə şaquli və üfüqi olan sektorlara bölünürlər. Üfüqi diversifikasiya müəssisə tərəfindən buraxılan və reallaşdırılan məhsul üzrə isteh- salın inkişafına yönələn kapital qoyuluşlu, şaquli diversifikasiya isə mövcud müştəriyə yeni məhsulun yönəldilməsi ilə bağlı artım strategiyasını ifadə edir.
Əlaqəsi olmayan (liberal) diversifikasiya biznesin mövcud sferaları ilə bağlı olmayan yeni fəaliyyət sahələrini ehtiva edir.
Bundan başqa, diversifikasiyanın «konqlomerant diversifika- siya», mərkəzçi diversifikasiya (konsentrik diversifikasiya) və s. bu kimi xüsusi növləri də mövcuddur.
Konqlomerat diversifikasiyada müəssisə öz sahəsinin hüdud- larından kənara çıxır, tətbiq etdiyi texnologiyaya, istehsal etdiyi əmtəələrə, həm də fəaliyyət göstərdiyi bazara aidiyyəti olmayan məmulatları öz çeşidinə daxil edib onların istehsalına başlayır.
Mərkəzçi diversifikasiyada isə müəssisə yeni müştərilərin cəlb olunması məqsədilə texnoloji və marketinq nöqteyi-nəzərin- dən öz əmtəələrinə yaxın olan məmulatları məhsul nomenklatura- sına daxil edir.
Diversifikasiya ilə bağlı qeyd edilənlər növ baxımından hələ də onun çeşid kaloritini tam məzmunda açıqlamır. O, istehsalın diversifikasiya (manufacture diversification), məhsul diversifika- siyası (diversification of production), ixracın diversifikasiyası (diversification of export), sadəlövh diversifikasiya (naive diver- sification), investisiyaların diversifikasiyası (diversification of in- vestments) və s. bu kimi təsnifatları da özündə birləşdirir.
İstehsalın diversifikasiyası eyni zamanda biri-birilə bağlı ol- mayan çoxlu istehsal növlərinin inkişafı, bir müəssisə daxilində istehsal məmulatları çeşidinin genişləndirilməsi, istehsalın səmə- rəliliyinin artırılması, iqtisadi faydalanma və iflasdan qurtulma məqsədilə aparılır.
Məhsul diversifikasiyası bu və ya digər məhsulun əhəmiyyətli dərəcədə modifikasiyada istehsalını səciyyələndirir.
İxracın diversifikasiyası ixraca yönələn məhsul və xidmətlərin növ və sayının artırılması strategiyasını ifadə edir.
Sadəlövh diversifikasiya da isə investor investisiya portfelin- dən alacağı gəlirlər üzrə riskləri azaltmaq məqsədilə müxtəlif ak- tivlərin bir qismini sərmayə qoyuluşlarına yönəldir. Burada sadə- lövhlük isə «ucuz risk»ə hesablanan ümidlərlə bağlıdır.
İnvestisiyaların diversifikasiyası sadəlövh diversifikasiyadan fərqli olaraq daha ciddi məzmun daşıyır və o, müəssisənin iflas- dan qurtulması vəziyyətində kapital riski itkisinin azaldılması ilə pul vəsaitlərinin müəssisəyə daha uzumüddətli zaman kəsiyində yatırılmasını şərtləndirir.
Riskin diversifikasiyası müxtəlif sinfə malik maliyyə alətləri nəzərə alınmaqla, investisiyanın bölüşdürülməsini nəzərdə tutur.
Biznesin diversifikasiyası firmanın inkişafının başlanğıc nöq- təsi olmaqla, sahibkarın gələcək fəaliyyətində dayanıqlığı təmin edir, onu risklərdən qoruyur və gəlirinin artmasına imkan verir.
İqtisadiyyatın diversifikasiyası bir-birilə əlaqəsi olmayan çox- sahəli istehsal və xidmət sferalarının kompleks inkişafını təmin edir.
Fəaliyyətin diversifikasiyası firmanın birtərəfli istehsal struk- turundan, məhsul növündən çoxprofilli geniş nomenklaturaya malik istehsal prosesinə keçidi şərtləşdirir.
Beynəlxalq diversifikasiya firmanın diversifikasiya fəaliyyəti- nin ali strateji yollarından biri olub, milli səviyyədən beynəlxalq statusa keçərək idxal və ixracın coğrafiyasının genişləndirilməsi- nə hədəflənir.
Sahə iqtisadiyyatının strukturunda diversifikasiyanın rolu da- nılmazdır. O, iqtisadi sərhədləri keçməklə yanaşı, məhsuldar qüv- vələri səfərbər edir, qiymət siyasətinə və səmərəlilik göstəriciləri- nə təsir göstərir (şəkil 3.5).




Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin