Dərs vəsaiti Azərbaycan Texniki Universitetinin 25 dekabr 2017-ci


Rəqabət strategiyasının formalaşdırılması



Yüklə 3,22 Mb.
səhifə48/119
tarix07.01.2024
ölçüsü3,22 Mb.
#207143
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   119
C fakepathStrateji menecment-d rs v saiti(1)

Rəqabət strategiyasının formalaşdırılması


Bazar iqtisadiyyatının ən mühüm prinsiplərindən biri əmtəə istehsalçıları arasında azad rəqabətin mövcud olmasıdır. Rəqabət



  • öz sahibkarlıq fəaliyyətinin nəticələrini daha da yaxşılaşdırmaq məqsədilə əlverişli istehsal və satış şərtləri əldə etmək uğrunda istehsalçılar, malgöndərənlər, bir sözlə, firma və müəssisələr ara- sında mübarizədir.

Bazar iqtisadiyyatının inkişaf tarixi göstərir ki, rəqabət əslin- də əmtəə istehsalı ilə bir vaxtda yaradılmışdır. Lakin kapitalizmin inkişaf etdiyi şəraitdə o, həm bazar münasibətlərinin mühüm ami- linə, həm də ictimai istehsalın çevik tənzimlənməsinə çevrilmiş-
dir. XIX əsrin ortalarından etibarən dövlət tərəfindən tənzimlən- məyən, azad rəqabətin geniş inkişaf etdiyi bazar iqtisadiyyatı for- malaşmağa başlamışdır. Bu cür bazar, əmtəə istehsalına müstəsna hallarda yalnız tələb və təklif mexanizmi və uyğun olaraq qiymə- tin dəyişməsilə təsir edirdi. Təbiidir ki, bazar münasibətlərinin bu cür formalaşması və inkişafı istehsalçıları istehlakçıların tələblə- rini öyrənməyə, istehsal etdikləri məhsulun keyfiyyətini yaxşılaş- dırmağa, əmək məhsuldarlığını yüksəltməyə, istehsalı genişlən- dirməyə və istehsal xərclərini aşağı salmağa məcbur edirdi. Bu dövrdə rəqabətin iki əsas forması – sahədaxili və sahələrarası rəqabət yaranıb, inkişaf etməyə başladı.
Sahədaxili rəqabət – bir sahənin əmtəə istehsalçıları arasında rəqabəti xarakterizə edir. Əgər müəssisə yüksək əmək məhsuldar- lığına nail olursa, orta səviyyəli əmək məhsuldarlığı ilə işləyən müəssisələrə nisbətən daha çox əlavə mənfəət əldə edir. Əksinə, texniki və texnoloji cəhətdən zəif inkişaf edən müəssisə istehsal etdiyi məhsulun fərdi dəyərini belə qazana bilmir. Sahədaxili rəqa- bət müəssisələri elmi-texniki tərəqqinin inkişafını stimullaşdırır.
Sahələrarası rəqabət – müxtəlif sahələrə daxil olan müəssi- sələr arasında rəqabəti xarakterizə edir. Sahələrarası rəqabətin in- kişaf etdiyi mühitdə kapitalın aşağı mənfəətə malik olan sahələr- dən daha yüksək mənfəətə malik sahələrə axını baş verir. Daha gəlirli sahələrə yeni kapital axını müşahidə edilir. Bu da eyni is- tehsal sahələrinin inkişafına imkan verərək zəruri məhsul təklifini artırır.
M.Porterin yanaşması sahənin mövcud vəziyyətinin təhlili nəticəsinə əsaslanmağa imkan verir, hansı ki, müəssisənin biznes fəaliyyəti həyata keçirilir və onun gələcək vəziyyətinin əsasını müəyyən edir.
«Porterin 5 qüvvəsi» təhlili 1979-cu ildə strategiya mütəxəssi- si Maykl Porter tərəfindən irəli sürülmüşdür. O, rəqabət anlayışını daha da genişləndirmiş və iqtisadi anlamada «rəqib» hər hansı bir şirkətin mənfəət əldə etməsini məhdudlaşdıran hüquqi və fiziki şəxsdir fikrini irəli sürmüşdür.
Porterə görə hər hansı bir əmtəə və ya xidmət bazarında rəqabət mühitini bu 5 qüvvə formalaşdırır:

    • müştərilərin bazar gücü;

    • təchizatçıların bazar gücü;

    • əvəzedici məhsul xidmətlərin mövcudluğu;

    • bazara potensial rəqiblərin daxilolma təhlükəsi;

    • mövcud rəqiblər arasında rəqabətin intensivliyi.

Bu 5 amilin konfiqurasiya, iyerarxiya və dinamikası «uğura aparan açar amilləri»ni müəyyən etməyə imkan verir. Bu amillərə nəzarət 5 qüvvənin mövcud şirkətlərə ziyan verməsinin qarşısını alır, yəni açar amillərə nəzarət etməklə şirkətlər rəqabətdə üstün- lük əldə edirlər. M.Porterin yanaşması K.Endryusun ideyasının özünəməxsus inkişaf etdirilməsidir. Burada, həmçinin mahiyyət- cə söhbət müəssisənin daxili vəziyyəti ilə xarici mühitin dəyişil- məsi arasında ən yaxşı uyğunlaşmanın müəyyənləşdirilməsindən gedir.
İllər keçdikcə A.Tompson və A.Striklend tərəfindən bir qədər fərqli strateji model irəli sürülmüşdür ki, onun da əsasını beş vari- antdan ibarət rəqabət strategiyası təşkil edir:

  • məsarif üzrə liderlik strategiyası (xərclərin azaldılması daha çox alıcıları cəlb edir);

  • geniş diversifikasiya strategiyası;

  • optimal məsarif strategiyası;

  • daha az xərclərə hədəflənən bazar strategiyası;

  • məhsulun diversifikasiyasına əsaslanan bazar strategiyası.

Yuxarıda qeyd edilən və rəqabət qabiliyyətinin yüksəldilməsi- nə hədəflənən ümumi strategiyalarla yanaşı öz miqyasına görə fərqlənən klassik strategiyalar da mövcuddur. Onların içərisində F.Kotlerin biznesin inkişaf strategiyası öz mahiyyəti və məzmunu ilə seçilir və aşağıdakılardır:

    • yekun (konsentrasiya) artım strategiyası (bazarda mövqeyin gücləndirilməsi, bazarın inkişafı, məhsulun inkişafı);

    • inteqrasiya olunan artım strategiyası (şaquli inteqrasiya, ön- də gedən şaquli inteqrasiya);

    • diversifikasiya üzrə artım strategiyası;

    • ixtisara hədfələnən strategiya (ləğvolunma, xərclərin azaldıl- ması).

Rəqabət növlərinin təkmilləşdirilməsi əmtəə istehsalının miq- darından və onların bazarda tutduğu xüsusi çəkisindən də asılı olur.
Rəqabət mühitinin ən əhəmiyyətli cəhəti istehsal xərclərinin aşağı salınması, məhsul çeşidinin dəyişən tələbata uyğun surətdə yeniləşdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması, məhsulun və onu istehsal edən firmanın rəqabət qabiliyyətinin yüksəldilmə- si, dövlət tərəfindən hüquqi müdafiənin təmin edilməsi və inhi- sarçı fəaliyyətin məhdudlaşdırılmasıdır.

Yüklə 3,22 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin