III.
MÜƏSSİSƏNİN İNKİŞAF STRATEGİYASININ HAZIRLANMASI MƏSƏLƏLƏRİ
İnkişaf strategiyalarının təsnifatı və xüsusiyyətləri
Strategiya çoxcəhətli anlayış olub, firmanın qarşısında duran məqsəd və vəzifələrin həyata keçirilməsinə yönəldilən dəqiqləşdi- rilmiş kompleks-plandır. Şirkətin (firmanın, müəssisənin) strate- giyası bazarda onun mövqeyini möhkəmləndirən, eləcə də isteh- lakçıların cəlb olunması və tələblərinin ödənilməsi üzrə uğurlu rə- qabət üstünlüyünü təmin edəcək idarəetmə planıdır. Başqa sözlə, strategiya şirkətin inkişaf yollarının, bazarların, rəqabət metodla- rının və biznesin aparılmasını bildirir.
Strategiyanın ən mühüm xüsusiyyətləri kimi ona verilən tərif- ləri aşağıdakı məzmunda təsnifləşdirmək olar:
son nəticənin əldə edilməsi vasitəsi;
təşkilatın bütün hissələrinin vahid tamda birləşməsi;
firma fəaliyyətinin bütün vacib aspektlərinin əhatə edilməsi;
firmanın bütün planlarının bir-birinə uyğunluğunun təmin edilməsi;
hərəkət planı;
rəqabət mübarizəsində qələbəyə yönəldilmiş hərəkətlər;
hərəkətlərin ardıcıllığı. Plan reallaşmaya bilər, lakin hərəkət- lərin ardıcıllığı təmin edilməlidir;
ətraf mühitdəki mövqe. Bu, öz əhatəsi ilə əlaqə deməkdir;
perspektiv, cəhd etdiyi vəziyyəti qabaqcadan görmək;
firmada işin təşkilinin güclü və zəif tərəflərinin təhlilinin nəti- cəsi və onun inkişafının imkan və maneələrinin müəyyən edilməsi;
ətraf mühitin dəyişikliklərinə qarşı firmanın qabaqlayıcı reak- siyası.
Firmanın inkişaf strategiyasını hazırlayarkən, onun bir sıra tələblərə cavab verməsinə nail olmaq vacibdir:
nail olunmalı ümumi iş, həlledici və əsas məqsədlər olmalı;
koordinasiya edilmiş rəhbərlik bildirilməli;
mütərəqqi təşəbbüsə kömək olmalı;
başlıca qüvvələr lazımi yerdə və zamanında cəmləşməli;
zəmanətli resursları təmin etməli;
maksimum nəticə əldə edilməsi zamanı resurslardan minimum istifadə üçün taktiki hərəkətlərin çevikliyini nəzərdə tutmalıdır.
P.Druker inkişaf strategiyasını məqsədinə görə 4 qrupa bölür:
ilk daxil olmaq və kütləvi zərbə endirmək;
cəld və gözlənilmədən hücum etmək;
ekoloji boşluqları tapmaq və zəbt etmək;
əmtəənin, bazarın yaxud sahənin iqtisadi xarakteristikasını dəyişmək.
Əlamətlərinə görə, inkişaf strategiyasını aşağıdakı kimi qrup- laşdırmaq olar:
Hücum yaxud Sıçrayış Strategiyası;
Müdafiə yaxud Sağlamlaşdırma Strategiyası;
Təşkilatın Fəaliyyətinin Azalması və Dəyişməsi Strategiyası.
Qarşıya qoyulan məqsədlərin üstünlük dərəcəsindən asılı ola- raq strategiyanın müxtəlif növləri mövcuddur və təşkilat öz fə- aliyyətini həmin strategiyalar əsasında istiqamətləndirməlidir. Strategiyaları aşağıdakı kimi təsnifləşdirmək olar:
Məhsul-bazar strategiyası;
Marketinq strategiyası;
Rəqabət strategiyası;
Sahələr yığınının idarə edilməsi strategiyası;
Yeniliklər strategiyası;
Kapital qoyuluşları strategiyası;
İnkişaf strategiyası;
Udma strategiyası;
Xarici investisiya strategiyası;
İxrac fəaliyyətinin genişləndirilməsinə istiqamətləndirmə strategiyası;
Xarici iqtisadi müdaxilə strategiyası.
Strategiyanın hazırlanması prosesində aparılan təhlil əsasında strateji təfəkkür, yeni inkişaf strategiyası üzrə təkliflər və s. for- malaşır. Firmanın fəaliyyət səmərəliliyini göstərmək üçün strateji təhlil aparılır ki, bu da təşkilatın hal-hazırkı və perspektiv vəziy- yətini təhlil etməyə şərait yaradır. Firmanın vəziyyətini müəyyən-
ləşdirməyin əsasən aşağıdakı 5 sual ətrafında aparılması tövsyiə edilir:
mövcud strategiya nə dərəcədə əlverişli işləyir;
müəssisənin güclü və zəif cəhətləri hansılardır və onun qarşı- sında nə kimi sevindirici imkanlar və nə kimi təhlükələr dura bilər;
müəssisənin məsrəfləri və buraxılan məhsula qoyulan qiymət rəqabət qabiliyyətlidirmi;
müəssisənin rəqabət gücü möhkəmdirmi;
müəssisənin qarşısında nə kimi strateji problemlər durur.
Bu suallara cavab verməni dörd analitik təhlil üsulu ilə apar- maq məsləhət bilinir. Bunlardan birincisi, müəssisənin zəif və güclü tərəfləri, imkanları və təhlükələri, ikincisi, məsrəflər zənci- rini ardıcıllıqla təhlil etmə, üçüncüsü, xərcləri strateji təhlil etmə, dördüncüsü, rəqabət qabiliyyətliliyini müəyyənləşdirir.
İnkişaf strategiyasının tərkib hissələri müxtəlif səpkidə təsnif- ləşir. Bu baxımdan İ.Ansoff strateji idarəetmə sistemlərini aşa- ğıdakı üç tipə ayırır: nəzarət sistemləri, ekstrapolyasiya sistem- ləri, sahibkarlıq sistemləri.
Dostları ilə paylaş: |