Dərs vəsaiti Bakı 2016


Fəsil 2. Microsoft Excel-2013



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

Fəsil 2. Microsoft Excel-2013 
2. 1. Microsoft Excel cədvəl redaktoru haqqında ümumi məlumat 
Microsoft firması Excel adlı cədvəl redaktorunu 1987-ci ildə işləyib hazırlamışdır. 
Hazırda onun bir çox versiyaları istifadə edilməkdədir. Excel əsasən mühasibat işlərində və 
iqtisadi hesablamalarda istifadə edilir. 
2003 və ondan əvvəlki versiyalarda Excel fayllarının genişlənməsi .xls idisə, ondan 
sonrakı versiyalarda bu genişlənmə .xlsx şəklində təyin olunur. Buna baxmaq üçün hər hansı 
Excel faylinın üzərində mausun sağ düyməsi ilə açılan siyahıdan Свойства əmrini seçin. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org


38 
Microsoft Excel proqramının məsələlər panelindəki icraedici faylı Excel.exe-dir. Şablon 
faylların yaradılması üçün .xlt (.xltx) fayl tipi də mövcuddur. 
Microsoft Excel cədvəl redaktorunu açmaq üçün
Пуск - Все программы - Microsoft Offise - Microsoft Excel 2013 əmrlərini ardıcıl seçin. Bu 
zaman ekrana pəncərə açılır. 
Həmin pəncərədən Пустая книга əmri seçin. Ekrana proqramın pəncərəsi açılır. 
Microsoft Excel-də yaradılan və ya redaktə edilən hər bir sənəd işçi kitab adlanır. Книга1-
Microsoft Excel. Bu fayl yaddaşa yazılana qədər adı Книга1 olacaqdır. 
Microsoft Excel pəncərəsinin strukturu Microsoft Word prosessorunun strukturuna 
oxşayır. 
Açılmış proqram pəncərəsi aşağıdakı elementlərdən ibarətdir. 

Pəncərə başlığı. 
Başlıq sətrinin sol tərəfində proqramin kiçik piktoqramı, onun yanında isə sürətli 
müraciət paneli yerləşir. 
downloaded from KitabYurdu.org


39 
Başlıq sətrinin sağ tərəfində pəncərənin idarəetmə düymələri, lenti (menyunu) gizlətmə, 
açma və kömək düymələri yerləşir. 

Menyu sətri.
Əmrlər Menyu sətrinin tərkibində qruplaşdırılıb.Menyu sətrinin sol tərəfində Fayl 
düyməsi yerləşir. Excel pəncərəsinin interfeysini nizamlamaq üçün Файл menyusundan 
Параметры əmri seçilir. Ekrana açılan pəncərənin elementləri aşağıdakı funksiyaları yerinə 
yetirir. 
Показывать мини – панель инструментов при выделении əmri aktiv olarsa, onda 
seçilmiş fraqmentler üzərində kiçik panel açılır. 
downloaded from KitabYurdu.org


40 
Показать параметры экспресс-анализа для выделенного фрагмента əmri aktiv olarsa
onda seçilmiş fraqmentler üzərində kiçik panel açılır. 
Выключить динамический просмотр əmri aktiv olarsa, cədvəlin görnüşünün avtomatik 
dəyişməsi mümkündür. 
Стиль всплывающих подсказок: bölməsində yerləşən əmrlər aşağıdakı funksiyaları 
yerinə yetirir. 
Показывать расширенные всплывающие подсказки - Mausun oxunu menyu sətrində 
yerləşmiş hər hansı bir əmrin üzərinə yaxınlaşdırdıqda həmin əmr haqqında geniş məlumat verir. 
Не показывать расширенные всплывающие подсказки - əmr haqqında qısa məlumat 
verir. 

Не показывать всплывающие подсказки - əmr haqqında məlumat vermir.
При создании новых книг - bölməsində yerləşən əmrlər yeni yaradılan Excel kitabının 
parametrlərini təyin edir. 

Шрифт по умолчанию: Şrift; 
downloaded from KitabYurdu.org


41 

Размер: Şriftin ölçüsü; 

Режим, используемый по умолчанию для новых листов: İşçi vərəqin görünüşü; 

Число листов: İşçi vərəqdəki listlərin sayı təyin edilir. 

Имя пользователя - İstifadəçinin adını tənzimləyir. 

Тема Oficce bolməsindəki əmrlər pəncərənin fonunu dəyişir.
Показывать начальный экран при запуске этого приложения əmri aktiv 
olduqda Excel proqramı bu cür açılır. 

Düstur sətri(Formula bar). 
Cari xananın tərkibini əks etdirmək və redaktə etmək üçün nəzərdə tutulub. Sağ hissədə 
xananın tərkibi təsvir olunur. Sol hissə ad qutusu adlanır və aktiv xananın ünvanını göstərir.
Excelin işçi sahəsi çoxsaylı sütunlardan və sətirlərdən ibarətdir. Sütunlar latın əlifbasının
baş hərfləri ilə, sətirlər rəqəmlərlə nömrələnmişdir. Sütun adları A - dan Z - yə qədər davam edir. 
Z - dən sonra hərflər iki - iki və daha sonra üç - üç qruplar şəklində yazılaraq adlandırılır. Bir 
vərəqdə 16384 sütun, 1048576 sətir var. Klaviaturadan Ctrl+ sıxsaq sonuncu sütununmuzun 
ilk xanası aktiv olacaq –XDF; Ctrl+ sıxsaq sonuncu sətir aktiv olacaq -1048576. Sətir və 
sütunların kəsişməsi xana adlanır. 

Sürüşdürmə çubuqları. 
Proqram pəncərəsinin sağ və aşağı sağ küncündə yerləşib, görünməyən hissələri göstərmək 
üçündür. 
Ondan aşağıda isə görünüş düymələri və miqyas düymələri yerləşmişdir. 
İlk görünüş rejimi normal görünüş rejimidir. 
Standart halda proqram açılarsa bu görnüş rejimi aktiv olur. 
downloaded from KitabYurdu.org


42 
İkinci rejimi aktivləşdirdikdə Excel faylımız səhifələr şəklində görsənəcək. Miqyası 
azaltmaqla bu səhifələri daha aydın şəkildə görmək mümkündür. 
Sonuncu rejim vərəq hissəsinə ön baxış adlanır. Bu rejimi aktiv etdikdə ancaq Excel 
vərəqinin üzərində iş görülmüş sahəsi görünəcək.
Boş qalan hissələr görsənməyəcək. 
Miqyas düymələri işçi sahənin görünüş miqyasını dəyişir.

İşçi vərəqlərin yarlıqları
İşçi səhifələrin sayı əməli yaddaşın həcmindən (RAM) asılı olaraq artir. Exceldə verilənlərin 
təsvir formalarından asılı olaraq vərəqlərin aşağıdakı tipləri mövcuddur. 

Cədvəllərin yaradılması və emalı üçün cədvəl vərəqi

Diaqramların yerləşməsi üçün nəzərdə tutlan diaqram vərəqi; 

Cədvəllərin emalı prosesini avtomatlaşdıran makroəmrlərin saxlanılması üçün 
makroslar vərəqi. 

Cari vəziyyət sətri
Yerinə yetrilən əməliyyat haqqında informasiya əks olunur. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin