Dərs vəsaiti Bakı 2016


Siyahıların sortlaşdırılması



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

Siyahıların sortlaşdırılması 
Gündəlik işlərdə tətbiq olunan siyahılarda yazıların sayı cox olur və tez-tez onları 
müəyyən parametrlər üzrə sortlaşdırmaq tələb olunur. Məsələn orta səviyyəli bir müəssisədə 
təxminən 500-1000 nəfərə yaxın adam işləyir. Deməli bu göstəricilərdən tərtib olunmuş siyahıda 
500-1000 yazı olmalıdır. Lazım olduqda bu siyahı üzərində işçilərin çalışdıqları sexin nömrəsinə 
və ya ad və familyasına görə çeşidləmə əməliyyatları aparmaq olar. Yaxud hər hansı bir 
mağazada minlərlə adda mal olur və bu malların uçotunu aparmaq üçün yaradılan siyahı təbii ki
cox böyük alınacaqdır. Bu cür siyahları malın tipinə ,qiymətinə və.s göstəricilər üzrə çeşidləmək 
lazım gəlir. Siyahını müəyyən göstəricilər üzrə düzmək üçün sortlaşdırma əməliyyatı aparılır. Bu 
halda siyahıda verilənlərin yerləşmə ardıcıllığı dəyişir. 
Misal: 
Siyahıların sortlaşdırılması 
Tutaq ki,müəssisədə işçilərin siyahısını sexlər üzrə sortlaşdırmaq lazımdır. Bunun üçün 
aşağıdakı əməliyyatlar icra olunur. 
downloaded from KitabYurdu.org


76 
Данные menyusunda yerləşən Сортировка əmrinin seçin. Ekrana Сортировка
pəncərəsi açılır. 
Сортировать по sahəsində siyahının sortlaşdırılacaq sütununun başlığı verilir. 
Затем по sahəsində də digər sütun başlıqlarını qeyd edib, siyahının yazılarını artan 
ardıcıllıqla düzmək üçün - По возрастанию 
Azalan ardıcıllıqla düzmək üçün isə По убыванию rejimlərindən birini seçmək lazımdır. 
Məlumat siyahılarında hər hansı bir yazını və ya yazı qrupunu axtarmaq və məlumat 
almaq üçün filtirləmə əməliyyatından istifadə edirlər. Avtofiltr əməliyyatını yerinə yetirmək 
üçün Данные menyusunda yerləşən Фильтр əmrini seçin. Bu zaman siyahı başlıqlarının sağ 
tərəfində kiçik üçbucaq düymələr əmələ gələcəkdir. Bu düymələrə filtr düymələr deyirlər. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin