2. 6. Excel cədvəl redaktorunda diaqramlar və Excel kitabının çap edilməsi
Cədvəldə müəyyən verilənlərin hər hansı bir parametrdən asılı olaraq dəyişmə
dinamikasını əyani şəkildə göstərmək üçün diaqramlardan istifadə edilir. Diaqram qurmazdan
əvvəl işçi vərəqdə diaqramları yaradılacaq göstəriciləri seçmək lazımdır. Yalnız bundan sonra
downloaded from KitabYurdu.org
81
Вставка menyusundan Диаграмма əmri seçilir. Diaqramın qurulması bir neçə mərhələdə yerinə
yetrilir.
Misal :
Diaqramın yaradılması
Tutaq ki, hər hansı bir firmanın rüblər üzrə mal satışı dinamikasının diaqramını tərtib
etmək lazımdır. Bunun üçün aşağıdakı əmrlər icra edilir.
1. Aşağıdakı cədvəli yığın.
1. Вставка menyusundan Диаграмма əmrini seçin
.
Sadə halda Гистограмма , onun altnövü kimi isə birinci növü seçin
Diaqram yaradıldıqdan sonra onun hər bir elementinin formatını və yerləşməsini ,
habelə diaqramın özünün tipini dəyişmək mümkündür. Bunun üçün həmin
elementin kontekst menyusundakı əmrlərdən istifadə edilir.
downloaded from KitabYurdu.org
82
İşçi kitabın çap edilməsi
Cədvəli çap etməzdən əvvəl aşağıdakı parametrləri müəyyən etmək lazımdır:
1. Səhifənin ölçüsü və çapın istiqaməti
2. Miqyas
3. Səhifə kənarlarının ölçüləri
4. Birinci səhifənin nömrəsi
5. Çapın keyfiyyəti
6. Nüsxələtin sayı
7. Cədvəlin cap olunacaq hissələrinin seçilməsi
Разметка страницы menyusundan Параметры страницы əmri seçildikdə səhifə
parametrlərini , ölçülərini , ilk səhifənin nömrəsini , çapın miqyasını seçməyə imkan verən
dialoq pəncərəsi açılacaqdır
Ориентация sahəsində vərəqin çap istiqaməti seçilir
Книжная - çap vərəqində sətirlər üfiqi yerləşdirilir
Альбомная - çap vərəqində sətirlər şaquli yerləşdirilir
Установить sahəsində çap olunacaq vərəqin miqyası seçilir. Miqyasın ölçüsü 10% -dən
400%-dək dəyişilə bilər. İşçi səhifədə yaradılan sənədin miqyasını bir vərəqin həcmi qədər
böyütmək və ya kiçiltmək tələb olunarsa , onda Установить sahəsində yerləşən düymədən
uyğun miqyası seçmək lazımdır. Miqyas əmsalını həm üfiqi , həm də şaquli istiqamət üzrə
tətbiq etmək olar. Məsələn cap olunacaq sənədin hündürlüyü 2 səhifə, eni isə 1 səhifədirsə və
bu sənəd yalnız 1 vərəqdə yerləşməlidirsə, onda Разместить не более чем на çevricisini
aktiv edib, Страница в ширину (üfiqi istiqamətdə vərəqlərin sayı) və onun qarşısındakı
sahədə (şaquli istiqamətdə vərəqlərin sayı sahəsində) 1 göstərmək lazımdır.
downloaded from KitabYurdu.org
83
Размер бумаги sahəsində kağızın ölçüsü, Качество печати sahəsində isə çapın
keyfiyyəti seçilir.
Номер первой страницы sahəsində birinci səhifənin nömrəsi qeyd olunur. Əgər burada
Avto verilərsə, səhifələr 1- dən başlayaraq avtomatik nömrələnəcək.
Поля bölməsində vərəqin kənar ölçüləri müəyyən edilir.
Верхнее колонтитула sahəsi səhifə başlığına
Нижнего колонтитула sahəsi səhifə sonluğuna qədər olan məsafəni müəyyən edir.
Центрировать на странице sahəsində çap olunacaq cədvəlin vərəq üzərində
Вертикально (şaquli)
Горизонтально (üfüqi) istiqamətlərdə mərkəzləşdirilməsi müəyyən olunur.
Колонтитулы bölməsində mətnlər adi üsulla daxil edilir. Səhifə nömrəsi, sənədin
yerləşdiyi işçi vərəqin adı, tarix, vaxt və digər informasiya Колонтитулы çərçivələrinin aşağı
hissələrində yerləşən açılan pəncərələrə daxil edilir. Bu prosesi sürətləndirmək üçün
Создать Верхний колонтитул
Создать Нижний колонтитул düymələri işlənir.
Misal:
Səhifə başlığı və sonluğunun qoyulması
1. Hər hansı bir cədvəl tərtib edin və ya mövcud cədvəl açın.
2. Вставка menyusundan Kолонтитул əmrini seçin. Верхний колонтитул vərəqi açılacaqdır.
downloaded from KitabYurdu.org
84
Səhifə başlığının necə yerləşməsinə baxmaq üçün Просмотр rejiminə keçin. Лист
bölməsi çap ediləcək cədvəlin hər bir vərəqində eyni sətirlərin və ya sütunların yerləşməsini
müəyyən edir.
Печать sahəsinin rejimləri aşağıdakılardır:
Сетка - cədvəli əhatə edən şərti xətləri çap etmək üçün istifadə edilir;
Черно – белая – ağ - qara çapı;
Черновая - qaralama çapı;
Заголовки строк и столбцов - cədvəldə sətirlərin və sütunların nömrələrinin çapı;
Последовательность вывода страниц - sahəsində vərəqlərin çap ardıcıllığı müəyyən
edilir;
Вниз затем вправо - əvvəl aşağı,sonra sağa;
Впрао затем вниз - əvvəl sağa,sonra aşağı.
İşçi kitabı çap etməzdən əvvəl ona baxmaq üçün Предварительный просмотр
düyməsini sıxın.
İşçi kitabını çap etmək üçün Печать əmrini seçin.
Dostları ilə paylaş: |