Dərs vəsaiti Bakı 2016


 6. Excel cədvəl redaktorunda diaqramlar və Excel kitabının çap edilməsi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

2. 6. Excel cədvəl redaktorunda diaqramlar və Excel kitabının çap edilməsi
 
 
Cədvəldə müəyyən verilənlərin hər hansı bir parametrdən asılı olaraq dəyişmə 
dinamikasını əyani şəkildə göstərmək üçün diaqramlardan istifadə edilir. Diaqram qurmazdan 
əvvəl işçi vərəqdə diaqramları yaradılacaq göstəriciləri seçmək lazımdır. Yalnız bundan sonra 
downloaded from KitabYurdu.org


81 
Вставка menyusundan Диаграмма əmri seçilir. Diaqramın qurulması bir neçə mərhələdə yerinə 
yetrilir. 
Misal : 
Diaqramın yaradılması
Tutaq ki, hər hansı bir firmanın rüblər üzrə mal satışı dinamikasının diaqramını tərtib 
etmək lazımdır. Bunun üçün aşağıdakı əmrlər icra edilir. 
1. Aşağıdakı cədvəli yığın. 
1. Вставка menyusundan Диаграмма əmrini seçin

Sadə halda Гистограмма , onun altnövü kimi isə birinci növü seçin 
Diaqram yaradıldıqdan sonra onun hər bir elementinin formatını və yerləşməsini , 
habelə diaqramın özünün tipini dəyişmək mümkündür. Bunun üçün həmin 
elementin kontekst menyusundakı əmrlərdən istifadə edilir. 
downloaded from KitabYurdu.org


82 
İşçi kitabın çap edilməsi 
Cədvəli çap etməzdən əvvəl aşağıdakı parametrləri müəyyən etmək lazımdır: 
1. Səhifənin ölçüsü və çapın istiqaməti 
2. Miqyas 
3. Səhifə kənarlarının ölçüləri 
4. Birinci səhifənin nömrəsi 
5. Çapın keyfiyyəti 
6. Nüsxələtin sayı 
7. Cədvəlin cap olunacaq hissələrinin seçilməsi 
Разметка страницы menyusundan Параметры страницы əmri seçildikdə səhifə 
parametrlərini , ölçülərini , ilk səhifənin nömrəsini , çapın miqyasını seçməyə imkan verən 
dialoq pəncərəsi açılacaqdır 

Ориентация sahəsində vərəqin çap istiqaməti seçilir 

Книжная - çap vərəqində sətirlər üfiqi yerləşdirilir 

Альбомная - çap vərəqində sətirlər şaquli yerləşdirilir 

Установить sahəsində çap olunacaq vərəqin miqyası seçilir. Miqyasın ölçüsü 10% -dən 
400%-dək dəyişilə bilər. İşçi səhifədə yaradılan sənədin miqyasını bir vərəqin həcmi qədər 
böyütmək və ya kiçiltmək tələb olunarsa , onda Установить sahəsində yerləşən düymədən 
uyğun miqyası seçmək lazımdır. Miqyas əmsalını həm üfiqi , həm də şaquli istiqamət üzrə 
tətbiq etmək olar. Məsələn cap olunacaq sənədin hündürlüyü 2 səhifə, eni isə 1 səhifədirsə və 
bu sənəd yalnız 1 vərəqdə yerləşməlidirsə, onda Разместить не более чем на çevricisini 
aktiv edib, Страница в ширину (üfiqi istiqamətdə vərəqlərin sayı) və onun qarşısındakı 
sahədə (şaquli istiqamətdə vərəqlərin sayı sahəsində) 1 göstərmək lazımdır. 
downloaded from KitabYurdu.org


83 

Размер бумаги sahəsində kağızın ölçüsü, Качество печати sahəsində isə çapın 
keyfiyyəti seçilir. 

Номер первой страницы sahəsində birinci səhifənin nömrəsi qeyd olunur. Əgər burada 
Avto verilərsə, səhifələr 1- dən başlayaraq avtomatik nömrələnəcək. 
Поля bölməsində vərəqin kənar ölçüləri müəyyən edilir.

Верхнее колонтитула sahəsi səhifə başlığına

Нижнего колонтитула sahəsi səhifə sonluğuna qədər olan məsafəni müəyyən edir. 

Центрировать на странице sahəsində çap olunacaq cədvəlin vərəq üzərində 

Вертикально (şaquli)

Горизонтально (üfüqi) istiqamətlərdə mərkəzləşdirilməsi müəyyən olunur. 
Колонтитулы bölməsində mətnlər adi üsulla daxil edilir. Səhifə nömrəsi, sənədin 
yerləşdiyi işçi vərəqin adı, tarix, vaxt və digər informasiya Колонтитулы çərçivələrinin aşağı 
hissələrində yerləşən açılan pəncərələrə daxil edilir. Bu prosesi sürətləndirmək üçün

Создать Верхний колонтитул

Создать Нижний колонтитул düymələri işlənir. 
Misal: 
Səhifə başlığı və sonluğunun qoyulması 
1. Hər hansı bir cədvəl tərtib edin və ya mövcud cədvəl açın. 
2. Вставка menyusundan Kолонтитул əmrini seçin. Верхний колонтитул vərəqi açılacaqdır. 
downloaded from KitabYurdu.org


84 
Səhifə başlığının necə yerləşməsinə baxmaq üçün Просмотр rejiminə keçin. Лист 
bölməsi çap ediləcək cədvəlin hər bir vərəqində eyni sətirlərin və ya sütunların yerləşməsini 
müəyyən edir. 
Печать sahəsinin rejimləri aşağıdakılardır: 

Сетка - cədvəli əhatə edən şərti xətləri çap etmək üçün istifadə edilir; 

Черно – белая – ağ - qara çapı; 

Черновая - qaralama çapı; 

Заголовки строк и столбцов - cədvəldə sətirlərin və sütunların nömrələrinin çapı; 

Последовательность вывода страниц - sahəsində vərəqlərin çap ardıcıllığı müəyyən 
edilir; 

Вниз затем вправо - əvvəl aşağı,sonra sağa; 

Впрао затем вниз - əvvəl sağa,sonra aşağı. 
İşçi kitabı çap etməzdən əvvəl ona baxmaq üçün Предварительный просмотр 
düyməsini sıxın. 
İşçi kitabını çap etmək üçün Печать əmrini seçin. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin