74
Зависимости формул –
bölməsindəki əmrlər düsturda baş
verən səhvlərin mənbəyini, asılı
xanaları və təsiresdici xanaları göstərir.
Влияющие ячейки (Təsiredici xanalar) – düsturun yaradılmasında iştirak edən xanalar
oxla göstərilir.
Зависимые ячейки (Asılı xanalar) – cari xananın iştirak etdiyi
düsturun yerləşdiyi xana
oxla göstərilir.
2. 5. Excel cədvəl redaktorunda siyahılarla iş
Excel - in siyahılar və verilənlər bazası yaratmaq, onları müəyyən parametrlərə görə
sortlaşdırmaq və filtr edilmək imkanı vardır.
Siyahı dedikdə müxtəlif tipli sahələrdən ibarət yazılar çoxluğu başa düşülür. Siyahının
əvvəlində onun başlığı yerləşir. Siyahı başlığı yazıları təşkil edən sahələrin tipini müəyyən edir.
Aşağıdakı şəkildə adi siyahı göstərilmişdir. 1-ci sətirdə siyahı başlığı, qalan sətirlərdə isə
siyahını təşkil edən yazılar yerləşdirilmişdir. Siyahı başlığı aşağıdakı
sahələrdən təşkil
olunmuşdur.
Sex, Adı soyadı, Yaşı, Əmək haqqı
Siyahılarla iş zamanı yüksək dəqiqlik və nəticə əldə etmək üçün aşağıdakı qaydalara
riayət etmək lazımdır.
downloaded from KitabYurdu.org
75
1. Cədvəldə hər bir sütuna eyni tip informasiya daxil edilməlidir
2
. Siyahı başlığının bir və ya iki sətirdən ibarət olması məsləhətdir
3. Siyahı başlığında boş xana yerləşdirmək
olmaz
4. Siyahı ilə iş zamanı onun başlığının həmişə ekranda görünməsinin təmin etmək lazımdır
Misal:
Tutaq ki, hər hansı bir müəssisədə sexlər üzrə işçilərin familyası, yaşı və əmək haqqindan
ibarət siyahı düzəltmək tələb olunur. Bunun üçün aşağıdakı əməliyyatları icra etmək lazımdır.
1. A1 xanasına
keçib N sex, B1xanasına Adı soyadı, C1 xanasına Yaşı, D1 xanasına Əmək
haqqı
daxil edin.
2. Hər bir sahəyə uyğun informasiya daxil edərək siyahını doldurun. Bu zaman bir sahədən
digərinə keçmək
üçün Tab düyməsindən, növbəti işçi haqda informasiya daxil etmək üçün Enter
düyməsindən istifadə edin.
Pəncərədə yerləşən şaquli sürüşdürmə çubuğu vasitəsilə siyahıda lazım olan yazıya daha
tez keçmək mümkündür. Bu qayda ilə siyahıya 10 nəfər haqda informasiya daxil edin.
Dostları ilə paylaş: