Açılan pəncərədən По столбцам-Даты-День əmrlərini aktivləşdirib, Предельное
значение - sətrinə bu günün tarixini yazıb OK düyməsini sıxın.
Misal: Saatlar fərqinin hesablanması
Tutaq ki, səhər saat 8:22-dən axşam saat 22:45 kimi neçə saat keçdiyini
müəyyənləşdirmək lazımdır. Onda seçilmiş xanaya =”22:45”-“8:22” düsturu yazılır. Enter
düyməsini sıxdıqdan sonra xanada 0.599306 alınacaqdır. Bu xanaya saat formatı tətbiq edilsə
14:23 alınacaqdır.
Maliyyə funksiyaları Maliyyə funksiyaları maliyyə ,bank sahələrində mövcud olan müxtəlif funksiyaları
yerinə yetirir.
Maliyyə funksiyaları investisiya qoyluşlarını qiymətləndirmək, vəsaitlər dövriyyəsi,
avadanlıqların amortizasiyası və digər maliyyə hesablamalarında tətbiq edilir. Bunlardan bəziləri
ilə tanış olaq.
Б3 - БС funksiyası müəyyən dövrü ödənişlər etməklə (ayda, ildə və.s) hər hansı
dövrdən sonra nə qədər vəsait əldə olunacağını hesablayır. Funksiyanın formatı aşağıdakı
kimidir.
= Б3 - БС (Ставка, Knep, Плт, Пс, Тип)
Ставка – dövriyyə faizi
Knep – dövrlərin sayı
Плт – dövrü ödənişin məbləği
Пс – başlanğıc ödəniş
Тип –ödəniş dövrün əvvəlində (=1) və ya sonunda (=0) qoyulmasını bildirir. Boş
buraxılarsa 0 kimi qəbul edilir, yəni ödəniş dövrün sonunda edilib.
Nəzərə almaq lazımdır ki, dövriyyə faizi ilə dövrlərin sayı uyğun olmalıdır. (hər ikisi ya
illik,ya da aylıq) Məsələn, əgər 4 il müddətinə ildə 9.6 faiz ödəyən banka kapital qoyulursa ,
onda aylıq dövriyyə faizi 9.6%/12=0.8 və dövrlərin sayı 4*12=48 götrülməlidir. Bütün
arqumentlərdə istifadə olunan mənfi işarəsi pulun sizdən getdiyini, müsbət işarəsi isə pulun sizə
gəldiyini ğöstərir.