85
Fəsil 3. Verilənlər bazasının idarəetmə sistemləri. MS Access proqramı - 2013
3. 1. MS Access proqramı – 2013 haqqında ümumi məlumat
Bütün avtomatlaşdırılmış idarəetmə və informasiya axtarış
sistemləri müəyyən
informasiya bazası əsasında fəaliyyət göstərir və onun effektiv fəaliyyəti ilk növbədə
verilənlər
bazasının strukturunun optimal təşkilindən və onun şəbəkədə rasional yerləşməsindən asılıdır.
Verilənər bazasında informasiyalar müəyyən qaydalar əsasında , axtarış üçün əlverişli
şəkildə qruplaşaraq saxlanılır. Verilənər bazasının yaradılması və idarə olunması verilənər
bazasının idarəetmə sistemləri vasitəsilə həyata keçrilir.Tələb olunan informasiyanın verilənər
bazasından axtarışı və informasiya ehtiyatlarının yeniləşdirilməsi,bazanın strukturunun
dəyişdirilməsi sorğular vasitəsilə həyata keçrilir.
Verilənər bazanın yerləşməsindən asılı olaraq mərkəzləşmiş və paylanmış verilənlər
bazasının idarəetmə sistemləri mövcuddur.Sistemin mərkəzləşmiş verilənlər bazası serverdə və
ya lokal kompüterdə yerləşir.Şəbəkədə informasiyanın idarə olunması klient server texnologiyası
əsasında fəaliyyət göstərir.Bu gün aşağıdakı verilənlər bazasının idarəetmə sistemləri geniş
tətbiq edilir. MS Access, Clipper, Visual Foxpro, IMSVS, Olacle, Paradox, SQL Server və.s
MS Office proqram paketinə daxil olan MS Access proqramı həm
bir fərdi kompüterdə,
həm də lokal kompüter şəbəkəsində fəaliyyət göstərə bilən VBİS – dir.
Verilənlər hər hansı bir təşkilat, idarə, müəssisə, firma və obyektlərin iş fəaliyyətləri ilə
bağlı məlumatlar toplusudur.
Verilənlər bazası kompüterlərin yaddaşında təşkil edilərək saxlanılan informasiya
yığımıdır.Verilənlər bazalarında
real obyektlər proseslər,hadisələr ilə bağlı böyük həcmdə
məlumatlar saxlanılır.
Verilənlər bazası struktura görə üç cür ola bilər: iyerarxik, şəbəkə, relyasion.
İyerarxik modellərdə bir qayda olaraq hər bir obyekt özündən yuxarı səviyyəli yalnız bir
obyektə tabe olur. İyerarxiya modellərində obyektə müraciət bir qayda olaraq digər obyektə
tabeçiliyi olmayan ən yüksək səviyyəli obyektdən həyata keçirilir .
Şəbəkə modellərində isə ixtiyari bir obyekt bir neçə obyektə tabe ola bilər. Bu modellər
arasındakı fərq onların sxemlərindən də aydın görünür. Şəbəkə modellərində obyektlərin
quruluşu
çox zaman xətti, bəzi hallarda isə iyerarxik olur. Nisbətən aşağı səviyyəli verilənlərin
quruluşu özünəməxsus xüsusiyyətlərə və adlara malik olur.
Verilənlərin relyasiya modelləri şəbəkə və iyerarxiya modellərindən fərqli olaraq,
məlumatların quruluşunun sadəliyi, istifadəçi üçün əlverişli cədvəl formasında təqdim edilməsi
və məlumatlara müraciətin münasibliyi ilə fərqlənir.
Son zamanlar relyasiyalı (relationəlaqə,münasibət) verilənlər bazaları geniş yayılmışdır.
Relyasiyalı verilənlər bazası nəzəriyyəsi 1970 – ci ildə E.F.Kodd tərəfindən
riyazi münasibətlər
nəzəriyyəsinə əsasən yaradılmışdır.
Relyasiyalı verilənlər bazası nəzəriyyəsinin əsas anlayışlarına cədvəl, münasibət, sətir,
sütun, ilkin və xarici açar anlayışları daxildir.
Relyasiyalı verilənlər bazalarında məlumatlar bir və ya bir neçe cədvəllərdə saxlanıla
bilər. Cədvəllər arası əlaqələr onların bir və ya bir neçə üst – üstə düşən sahələrinə əsasən
yaradılır. Hər cədvəldə bir tip obyektə aid məlumatlar saxlanılır.
Relyasiyalı verilənlər bazalarında cədvəlin hər sətrində (yazısında) bir obyekt haqqında
məlumat saxlanılır, bu məlumat unikaldır (təkrar olunmazdır). Cədvəllərdə sətirlərin unikallığını
təmin etmək üçün açarlardan istifadə olunur. Cədvəlin bir və ya bir neçə sütun açarı ola bilər ki,
bunada açar sütunları deyilir. Açar kimi ardıcıl və ya təsadüfi natural ədədlərdən,
telefon
nömrələrindən istifadə oluna bilər.
downloaded from KitabYurdu.org
86
Verilənlər bazalarının yaradılmasını və emalını həyata keçirən sistemlərə (dil və proqram
vasitələrinə) verilənlər bazasının idarəetmə sistemləri deyilir. VBİS-ləri istifadəçi ilə VB–ı
arasında qarşılıqlı əlaqə yaratmaq imkanı verən proqramlardır.
MS Access proqramı məlumatları saxlamaq, axtarmaq və təqdim etmək imkanlarını verən
aşağidakı obyektlərdən ibarətdir:
Таблицы – Cədvəllər verilənlər bazalarının əsasını təşkil edir. Bu proqramda çoxlu sayda
cədvəl yaratmaq olar.
Запросы – Sorğular verilənlər bazalarından məlumatların tapılıb əldə edilməsi
vasitəsidir.
Формы – Forma məlumatların cədvəllərə daxil edilməsini və baxışını
forma pəncərəsi
vasitəsilə yerinə yetirmək üçün istifadə olunur.
Отчеты - VB-dakı məlumatları çap məqsədilə sənəd şəklində əks etdirmək üçün istifadə
olunur.
MS Access proqramını yükləmək üçün Пуск menyusunun Все программы alt
menyusundan MS Access əmri seçilir.
Yeni verilənlər bazası yaratmaq üçün Пустая база данных рабочего стола əmri seçilir.
Ekrana Пустая база данных рабочего стола pəncərəsi açılır.
Имя файла sətrində faylımıza (Bakı Biznes və Kooperasiya Kolleci -75) adı verib Обзор
düyməsini sıxırıq. Bu zaman ekrana Файл новой базы данных pəncərəsi açılır. Açılan
pəncərədə faylın yerləşəcəyi qovluğu açaraq, onun tipini qeyd edib ok duyməsini sıxırıq.
downloaded from KitabYurdu.org
87
Ekrana yenidən Пустая база данных рабочего стола pəncərəsi açılır. Həmin
pəncərədən Создать düyməsini sıxdıqda ekrana proqramın əsas pəncərəsi açılır.
Proqramın pəncərəsi pəncərə başlığından,
menyu sətrindən, alətlər panelindən vəziyyət
sətrindən, tapshırıqlar panelindən ibarətdir.
Pəncərə başlığında proqramın piktoqamı, əsas pəncərənin adı və idarəetmə düymələri
yerləşir.
Menyu sətri cari pəncərənin menyusundan ibarətdir. Görülən əməliyyatdan asılı olaraq
dəyişir.
MS Access proqramında çoxlu sayda müxtəlif alətlər paneli mövcuddur. Onlar müxtəlif
əməliyyatları yerinə yetirməyə imkan verən düymələrdən ibarətdir.Vəziyyət sətri əsas
pəncərənin aşağısında yerləşir. Burada cədvəl və ya formanın sahələri ilə bağlı izahatlar
və digər
faydalı məlumatlar əks olunur.
Dostları ilə paylaş: