95
Sorğuların konstruktor rejimində yaradılması
Cədvəllərdən mürəkkəb meyarlara görə yazıların seçilməsi üçün sorğu konstruktorundan
istifadə edilir. Yeni sorğunu yaratmaq üçün üçün verilənlər bazası
pəncərəsinin Запросы
bölməsindən Конструктор запросов əmri seçilir.
Bundan sonra açılan Добавление таблицы (Cədvəli göstər) pəncərəsində informasiya
mənbələrini - müvafiq cədvəli və ya sorğuları seçmək lazımdır.
Konstruktor pəncərəsi iki
bölmədən ibarətdir. Yuxarı bölmədə sorğuda iştirak edəcək cədvəllər və onların sahə adları
göstərilir. Aşağı bölmədə isə sorğu ilə bağlı məlumatların daxil edilməsi üçün istifadə edilir. Bu
bölməyə sorğu blankı da deyilir. Sorğu blankının hər bir sətri müəyən funksiyanı yerinə yetirir.
Поле (Sahə) - Sorğuda istifadə edilən sahələrin adları göstərilir.
Имя таблицы (Cədvəl) - Sahənin hansı cədvəldən seçildiyini göstərir.
Сортировка (Sırala) - sətrində nizamlama parametrini (По возрастанию (Artan) və ya
По убыванию (Azalan)) açılan siyahıdan seçmək lazımdır.
Условия отбора (Meyar) -Axtarış şərti daxil edilir.
(Or, And, Not məntiq əməlləri və münasibət işarələrindən >, <, = , >= , <=) əgər Или
sətrində göstərilən şərt yetərli olmadıqda ikinci və sonrakı axtarış şərtləri bu sətrə daxil edilir.
Вывод на экран (Göstər) - Sorğunu sonunda hansı sahənin görünməsi tələb olunarsa bu
sətrin müvafiq xanasında işarəsi qoyulmalıdır.
Sonda Выполнить (İcra et) düyməsi sıxılır.
Sahə adlarını sorğu blankına bir - bir və ya qrup halında seçərək daxil etmək olar. Sahə
adlarını sorğu blankına birdən daxil etmək üçün cədvəlin sahələr siyahısının yanındakı (*)
işarəsini Поле sahəsinə sürükləmək lazımdır. Bu zaman sahə adları sorğu blankında ayrı-ayrı
sütunlarda görünməyəcək. Amma sorğununicrasından sonra sahələr ekranda görünəcək.
Sorğu blankına səhvən daxil edilən sahə adlarını Конструктор
menyusunun Удалить
столбцы əmri ilə silmək olar. Yeni sütun əlavə etmək üçün Вставить столбцы,
sətir əlavə
etmək üçün Вставить строки əmri seçilir.
Yaradılmış sorğunu Файл menyusunun Сохранить əmrini yerinə yetirməklə yaddaşda
saxlamaq lazımdır
Bu üsul ilə sorğuların yaradılması qaydası ilə tanış olaq.
Dostları ilə paylaş: