Misal Fərz edək ki, oxucuya yalnız >1970, < 2000 - ildə nəşr olunan kitablar lazımdır.
Buraxıldığı il bölməsinin Условия отбора sətrinə >1970, Или sətrinə < 2000 yazıb,
Выполнить düyməsini sıxırıq.
Misal Doğum tarixinə görə yazıların seçilməsi üçün sorğu blankı aşağıdakı qaydada doldurulur.
Hesablama sahəli seçim sorğusu MS Access proqramı sorğular vasitəsilə cədvəllərdən məlumatları seçməklə yanaşı
hesablamalar aparmaq imkanına malikdir.
Hesablama sahəli seçim sorğusu – bir və ya bir neçə informasiya mənbəyindən seçim
şərtini ödəyən və müəyyən hesablama nəticəsində əldə olunmuş informasiyanı cədvəl şəklində
əks etdirə bilər.
İfadələrdən istifadə etməklə hesablamalar aparmaq üçün sorğu blankında hesablama
nəticələrini əks etdirən yeni sahənin yaradılması lazımdır.Yeni hesablanılan sahə sorğu blankının
Поле sətrinin boş xanasına ifadənin daxil edilməsi ilə və ya ifadələr qurucusunun köməyi ilə
yaradılır. İfadələr qurucusu pəncərəsini alətlər sətrindən Построитель düyməsi ilə açmaq olar.
Əmrin icrasından sonra ekrana Построитель выражения pəncərəsi açılır. Pəncərə cədvəl və
sorğu sahələrini, müxtəlif funksiyaları, sabitləri və operatorları pəncərəyə ardıcıl əlavə etməklə
müxtəlif riyazi və məntiqi ifadələr yaratmağa kömək edir.
Misal Fərz edək ki, müvafiq kitabxana işçisini 1987-ci ildən sonra nəşr olunan kitabxanadakı
konkret adda kitaba nə qədər maliyyə vəsaiti xərcləndiyi maraqlandırır. Sorğu yaradaq. Bunun
üçün əvvəlki əməliyyatları təkrar edək. Əlavə olaraq, İfadə tərtibatçısı vasitəsilə sorğu blankının
boş sahəyə uyğun xanasında hesablanan sahə yardaq. Bunun üçün alətlər panelindən və yaxud da
kontekst menyudan Построитель düyməsini seçirik. Bu zaman ekrana Построитель
выражения pəncərəsi açılır.
downloaded from KitabYurdu.org
98
Açılan pəncərədə [Sayı]*[Qiyməti] yazıb OK düyməsini sıxırıq. Yeni sahəyə MS Access
avtomatik olaraq Выражение1 (İfadə) adını daxil edəcək.