Dərs vəsaiti Bakı 2016



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/49
tarix01.10.2023
ölçüsü5,01 Kb.
#151354
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   49
[kitabyurdu.org] tetbiqi-proqramlar-metodik-vesait

 
 
 
 
Yeni sahənin adını sorğu blankından silib, əvəzində istədiyimiz adı daxil edə bilərik. 
Sorğunun icrasına başlamaq üçün Выполнить düyməsi sıxılır. Sorğunun nəticəsi cədvəl şəklində 
əks olunacaqdır. 
Sorğuda qruplaşmış əməliyyatlar
 
Çox zaman verilənləri məyən parametrə görə qruplaşdırmaq və yekun nəticəsini 
hesablamaq tələb olunur. MS Access - də bu məqsədlə qruplaşdırma əməliyyatı və 9 statistik 
funksiya nəzərdə tutulmuşdur. 

SUM - qrupun müəyyən sahəsinin cəmini

AVG - qrupun müəyyən sahəsinin orta qiymətini

MAX, MİN - qrupun müəyyən sahəsinin ən > və ən < qiymətini 

COUNT- qrupun müəyyən sahəsinin yazılarının sayını (boş yazılar nəzərə alınmır) 

SET DEV - qrupun müəyyən sahəsində orta qiymətdən orta kvadratik paylamanı

VAR - qrupun müəyyən sahəsin də dispersiyanı 
downloaded from KitabYurdu.org


99 

FİRST və LAST - qrupun müəyyən sahəsində birinci və sonuncu yazını tapır. 
Misal
Fərz edək ki, kitabxananın 1980- ci ildən sonra nəşr olunan neçə adda kitab aldığı haqda 
(illər üzrə) operativ informasiya tələb olunur. Müvafiq sorğu aşağıdakı kimi təsvir olunur. 
Misal
Fərz edək ki, müvafiq kitabxana işçisini 1987-ci ildən sonra nəşr olunan kitablara nə 
qədər maliyyə vəs
aiti xərcləndiyi maraqlandırır.Bu zaman yeni sorğu yaradılır, 
informasiya mənbəyi olaraq Zapros 8 sorğusu seçilib, düyməsi sıxılır. Sorğu 
blankına yeni sətir əlavə olunur. 
 
 
Modifikasiyaedici sorğular 
Modifikasiyaedici sorğular verilənlər bazalarının cədvəllərində dəyişikliklər aparmağa 
imkan verir. Onların piktoqramları qarşısında işarəsi qoyulur

Modifikasiyaedici sorğular funksiyalarına görə dörd cür olur. 

Создание таблицы (Cədvəl qurma sorğusu) eyni və ya müxtəlif verilənlər bazasının 
cədvəllərinin sahələrindən ibarət qarışıq yeni cədvəl yaradır. 

Добавление (Birləşdirmə sorğusu) eyni strukturlu müxtəlif cədvəllərin bir cədvələ 
birlədirilməsi üçün istifadə olunur. 

Обновление (Təzələmə sorğusu) cədvəlin sahə verilənlərinin yeniləşdirilməsi üçün 
istifadə olunur. 

Удаление (Silmə sorğusu) verilənlər bazasının cədvəllərindən lazım olmayan yazıları 
silmək üçün istifadə olunur. 
Cədvəl yaradan sorğular bir və ya bir neçə cədvəl və ya sorğu əsasında yeni cədvəl 
yaradır. Əlavə edən sorğular isə bir və ya bir neçə cədvəl və ya sorğudan əldə olunan yazıları 
digər cədvələ əlavə edir. 
downloaded from KitabYurdu.org


100 
Yeni cədvəl yaradan və əlavə edən sorğular yaratmaq üçün ilk növbədə yeni seçim 
sorğusunun yaradılmasında olduğu kimi sorğu yaradılmasının Konstruktur rejimi seçilməli , 
informasiya mənbəyi yaradılmasında iştirak edən sahələri , seçim şərtlərini, ehtiyac olarsa 
qruplaşmış əməliyyatları və ya hesablanan sahələri müəyyən etmək lazımdır. Sonra Запросы 
menyusunun və ya kontekst menyunun sorğunun növünə uyğun Создание Таблицы və ya 
Добавление əmrlərini yerinə yetirmək lazımdır. Açılan dialoq pəncərədə yaradılacaq və ya 
yazılar əlavə olunacaq cədvəlin adını və əgər cədvəl digər verilənlər bazasının cədvəli isə
bazanın ünvanını ( disk, qovluq,bazanın adı) göstərmək lazımdır. 
Ləğv edən sorğular. Adından məlum olduğu kimi bu sorğular bir və ya bir neçə cədvəl və 
ya sorğudan eyni vaxtda seçim şərtini ödəyən yazıların ləğv olunmasını təmin edir. 

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin